Nov 18 2018
Nov 18 2018
(0 votes)
(0 votes)

O PİŞVANİ TANI

اوپراتور سایت 20 September 2016 1097 Read Print

Küdurət aləmini tərk qıl, səfanı tanı,
Ürəkdə gizlin olan dərdi tap, dəvanı tanı.

Hicabi mə’siyətin sındırıb qanadlaruvu,
Bir əhli-del ətəyin sal ələ, şəfanı tanı.

Bu topraq aləminə diqqət eylə kök salma,
Xətadı beş günə bel bağlamaq, xətanı tanı.

Səfər-xəyalı varın mülki-mənəviyyətə gər,
İmami-ümməti dərk et, o pişvanı tanı.

O irtihal eliyəndə yarıldı Xordad ayı,
Onun adıyla yarıb qəlbüvü vəfanı tanı.

Onun əməlləridir ülgü şər’i ənvərdə,
O ülgüdə əməl et, dini-Mustəfanı tanı.

Qopartdı zülmü kökündən o müqtəda, Seyyid,
Sözündə zalıma ox vur, o müqtədanı tanı.

Seyid Əli Əkbər Ocaqnejad

adver2