Sep 23 2018
Sep 23 2018
(0 votes)
(0 votes)

İSLAM İNQİLABI

اوپراتور سایت 20 September 2016 967 Read Print

Quran özü olub yar, İslami inqilabə,
Qoy düşmən olsun əğyar, İslami inqilabə.

Sınmaz, yorulmaz İran, min hiylə qursa Şeytan,
Çün qeybdən nəzər var, İslami inqilabə.

Qoy qovzasın dumanlar, ol hay-həşir salanlar,
Yavərdi pak qanlar, İslami inqilabə.

Düşməz bu din ayaqdan, dinə bağışlayıb can,
Canlar ki, olmuş isar, İslami inqilabə.

Yersiz deyil bu miqdar, düşmən sınıb olur xar,
Sübhan olub mədədkar, İslami inqilabə.

Olsaydı gər xəbərdar, məkri-Xudadan əğyar,
Məkr eyləməzdi məkkar, İslami inqilabə.

Eşqə quranda bazar, qeyb aləmində dildar,
Seyyid olub xiridar, İslami inqilabə.

Seyid Əli Əkbər Ocaqnejad

adver2