Apr 25 2018
Apr 25 2018
(1 Vote)
(1 Vote)

BƏHMƏN AYI

اوپراتور سایت 21 September 2016 761 Read Print

Aləmi-ərşi yerə yar elədi Bəhmən ayı,
Gizli qeyrətləri izhar elədi Bəhmən ayı.

Çox batan nə’rəni çəkdi üzə, qaldırdı göyə,
Paslı vicdanları bidar elədi Bəhmən ayı.

Tağutun pozdu tifaqın, dağıdıb fitnələrin,
Zalımın gündüzünü tar elədi Bəhmən ayı.

Kərbəladə görünən hadisə bir məhşər idi,
O ağır məhşəri təkrar elədi Bəhmən ayı.

Rəhbərin qüdrətini boş əlilən verdi nişan,
Əhrimənlər qoşunun xar elədi Bəhmən ayı.

Canı irşad elədi həzrəti-canan yoluna,
Qanı din qəsrinə memar elədi Bəhmən ayı.

Verdi çox aqilə aşiq kimi şuro-həyəcan,
Seyyidin də sözün iş’ar elədi Bəhmən ayı.

Seyid Əli Əkbər Ocaqnejad

adver2