Feb 19 2018
Feb 19 2018
(0 votes)
(0 votes)

HACININ VƏSFİ

اوپراتور سایت 21 September 2016 762 Read Print

Məkkə şəhrində hacıyçün həyəcan lazımdı,
Hicrəti-vaqeiyi-ruhə təkan lazımdı.

Abidü, zahidü, sufi, hamısı bilməlidi,
Girməyə mərəkeyi-eşqə təvan lazımdı.

Mavü mən əhlinə mənayi-təvan mübhəmdir,
Onların cəhli dönə elmə, zaman lazındı.

O gözəl kəlməni təfsir edə üşşaq istər,
Cəhd edib rütbeyi üşşaqə çatan lazımdı.

Əhli-irfano ədəb cümləsi söylərlə bunu,
Çatmağa mərtəbeyi-eşqə aman lazımdı.

Bələdül-əmnidi bu şəhrin adı Quranda,
Vəli ondan da sora hüsnü güman lazımdı.

Kim ki, eşq əhli olar sidq ilə ehram bağlar,
Kəbeyi-eşqi təvaf etməyə can lazımdı.

Doğrudur Kəbəni öpmək bəşərə ruh verir,
Vəli ondan da gözəl orda yatan lazımdı.

Hicri-İsmaili şovt eyləməyən hüccaın,
Həcci batildi ona əxzi-ziyan lazındı.

"Əntə hil" ayəsi Quranida Allah sözüdür,
Yəni bu Beytə şərafət verə şan lazımdı.

Sahibi-şənü şərəf pənc təni-"Ali-əba",
Feyzi-əzəmdi olar, feyz aparan lazımdı.

Vajeyi-qodsi-imamət sayılır şərti-qəbul,
Hökmi-tövhidə "Bəli", ruho rəvan lazımdı.

Kərbəlasız nə Səfa, Mərva, nə Zəmzəm, nə Mina,
Kəbəni Kəbə edə Miri-cinan lazımdı.

Kəbəni hifz eyləyən Kərbubəladır "Seyyid",
Çün dəvam etməyə Beytullahı qan lazımdı.

Seyid Əli Əkbər Ocaqnejad

adver2