Sep 20 2018
Sep 20 2018
(0 votes)
(0 votes)

FİRDOVSİ

اوپراتور سایت 21 September 2016 962 Read Print

Qeyrət ərşində qanad vur, gör əsər Firdovsidən,
Baş ucalmaq etibarın al xəbər Firdovsidən.

Mən desəm adun gələndə dağları vəhşət bürür,
Düzdü, himmət dərsini alsan əgər Firdovsidən.

Pərdə pərdə əsrilər keçmiş vəli yersiz deyil,
Gər şücaət indi də minnət çəkər Firdovsidən.

Topraq olmuş çox saraylar, qəsrlər, Şahnamələr,
Çox görüb zalım hökumətlər zərər Firdovsidən.

Rəbbəna əzmilə yıx Əfrasiyabi-nəfsüvü,
Rüstəm ol, nahəqqi sındır, al səmər Firdovsidən.

Mədh olar harda peyəmbər, vəsf olar harda Əli,
Hörməto-minnətlə Seyyid yad edər Firdovsidən.

Seyid Əli Əkbər Ocaqnejad

adver2