Feb 19 2018
Feb 19 2018
(0 votes)
(0 votes)

MƏCLİS DUASI

اوپراتور سایت 21 September 2016 815 Read Print

İlahi rəhmətün eylə bu məclisə ehsan,
Kəmali-lütfilə əfv et bu cəmi, ya Rəhman!

İlahi qəlblərə nuri-həqq kəramət elə,
Uzaq səfərdə müsafirləri səlamət elə.

Ucalt bayrağı-islamı ey Xudayi-vədud,
Ələmi-küfri yıxıb özlərin elə nabud.

Nəsib elə Ağamın Kərbəla ziyarətini,
İnayət eylə Qiyamət günü şəfaətini.

Kəmali-lütfüvü ya Rəbb, qıl bizə şamil,
Ülumi mərifətə eylə bizləri nail.

Sərani-hövzeyi-elmiyyəni səlamət elə,
Məqami-rəhbəriyə tuli-ömr inayət elə.

İlahi sahibi-məclisdən et bu bəzmi qəbul,
İki cahanda onu olmasın bir an məlul.

Əziz qonaqların hacətlərini eylə rəva,
Bütün ölənlərinə Cənnətində ver məva.

Xanımlara abır-ismət, cavanlara qeyrət,
Səbili-həqqi hifazət edənlərə, solət.

Ağıl bu cəm-ə əta qıl, ürəklərə ülfət,
Be həqqi-ayeyi-Quran, şərafəti-itrət.

Vilayət ölkələrin eylə şərridən azad,
Səfayi-həqqilə eylə ürəklərin abad.

Xanımı olmayan oğlanlara xanım inayət elə,
Olara isti çörək ver, sərin su qismət elə.

Oğullu qızlı elə, eylə borcların pərdaxt,
Nəsib elə həmi də yaxşı ev, təzə saxt.

İçində telvizyon, telefonu, suyu, bərqi,
İşıqlı pasioyi Cənnətlə olmasın fərqi.

İçində saunası, istəxri, isti hammami,
Otaqları yekə olsun, mücəhhəz əqlami.

Nəsib elə bizə ya Rəbb, orda bal-qaymaq,
Nahara xoşməzə küftə, şama təzə quymaq.

Təmiz kabab, sulu dolma, quzu əti ilə çilov,
Gözəl salat, sarı bozbaş, yanında yarma pilov.

Səhərə kəllə paça, evnədə bi yol mahi,
Kim istəmir bu kefi, eyləyin nəzərxahi.

Mən istirəm bu kefi əhlinə edəm təqdim,
Əvəzinə bunların zati-Həyyi-Qədim.

Əli məhəbbətini "Seyyidə" edə həsənat,
Be həqqi-sureyi "əl-Həmd"o bir uca səlavat!

Seyid Əli Əkbər Ocaqnejad

adver2