Sep 23 2018
Sep 23 2018
  • ƏSƏRLƏRI
    • Aşura dərsləri
    • Ümmi Əbiha
    • Yasin surəsinin təfsiri
    • Fitr Xutbələri
    • Əyyamullah
    • Qurani-Kərimdə Xitablar
    • İnsan və Mənəviyət
    • Əhli-Beytin məqami
    • Qəlbdən süzülən damcilar
    • Mühərəm
    • Qədr Gecələri
  • عکس آثار

Höccətülislam vəlmüslimin Seyid Əliəkbər Ocaqnejad hicri şəmsi 1335-ci ildə(1956) Ərdəbilin qədim memar məhəlləsində dünyaya göz açıb. Onun atası mərhum Hacı Seyid İbrahim şəhərin bir çox alimləri ilə yaxın əlaqədə olan əqidəli və tanınmış tacirlərdən olmuşdur. Seyid Əliəkbər Ocaqnejad, ibtidai və orta təhsil illərini doğulduğu şəhərdə keçirmişdir. Sonra dini elmlərə böyük marağı olduğundan 1353-ci ilin mehr ayında (1974-cü ilin sentyabr ayı) Qum şəhərində olan Qum Elmiyyə Hövzəsinə təhsil almağa yollanmışdır. 

Ayətullah Meşkinin köməkliyi ilə Kirmanlılar mədrəsəsinə adını yazdıraraq təhsil almağa başlamışdır. Fəhim Kermani, Cavidi, Dorri Nəcəfabadi, Rey Şəhri, Taliqani, Burucerdi kimi Ayətullahlrdan (Ayətullah şəhid Mədəni Təbrizinin kürəkəni), o cümlədən Müdərrs Əfqani, Şeyx Əli Pənah Eştehardi, Etemadi, Ələvi Qorqani, Kəmari, Salehi Əfqanistani, Payani, Bəni Fəzl, Müftişiə və Sotude kimi böyük alim və ayətullahların sayəsində elmə yiyələnmişdir. Və üç ilə yaxın fiqh xarici dərslərində Ayətullah Meşkini və Ayətullah Fazil Lənkəranidən bəhrələnmişdir. Hövzə dərsləri ilə birgə Ayətullah Üzma Meşkini və Xəzəli kimi böyük ayətullahların təfsir məclislərindən, Ayətullah Şeyx Mürtəza Hairi və Ayətullah Əhmədi Miyanci və Ayətullah Seyid Rza Sədr kimi ayətullahların əxlaq dərslərindən bəhrələnmiş və 1355-ci ildə ( 1976-ci il sentyabr) ruhani adını qazanmışdır.

Seyid Əliəkbər Ocaqnejadın İmam Xomeyninin (r.a) şəxsiyyəti ilə tanışlığı yeniyetmə yaşlarında atasının ona böyük rəğbəti olduğu zamanlardan baş vermişdir. İmamla bu tanışlıq, onun Ərdəbilin böyük məscidində Pəhləvilərə qarşı mübarizə aparmaq üçün müdrik məclislərdə iştirakı, Ayətullah Üzma Meşkini, Şəhid Ayətullah Şeyx Həsən Qəffari kimi böyük ayətullahların ətrafında olması ilə daha da artırdı. Qum Elmiyyə hövzəsində təhsil almaqla bərabər müqəddəs Qum şəhəri şah rejiminə qarşı mübarizə ocağına çevrilsin deyə mübariz çıxışlara və hadisələrə qatılır, islam hərəkatında yer alırdı. 

O, köhnə dostu Şəhid Höccətülislam Əbülfəzl Pirzadə ilə birgə Qum və Ərdəbil arasında hərəkatın böyükləri ilə əlaqələdə olmuş və bir çox xəbər, məktub və elanlar onun və Əbülfəzl Pirzadənin vasitəsi ilə Qum və Tehrandan Ərdəbilə çatdırılmışdır.

1357-ci ildən (1978) Seyid Əliəkbər Ocaqnejad cavan olmasına baxmayaraq, Ərdəbildə Hacı Mirzəsaleh, Mirzə Əliəkbər məscidlərində, Xalxal və Astarada inqilabı toplantılarda spiker kimi çıxış etmişdir. Bu fəaliyyət və inqilabi çıxışlar şah rejiminin təhlükəsizlik və polis orqanları tərəfindən ona qarşı həssaslıqla qarşılanmış və müxtəlif şəhərlərdə təqibə məruz qalmışdır. Buna görə də bir müddət qaçaq yaşamağa məcbur olmuşdur.

İslam İnqilabı qələbə qazandıqdan sonra, o, Ərdəbilin inqilabi ruhanilərindən biri kimi Ərdəbil və Parsabadın inqilabı orqanlarında müxtəlif vəzifələri öhdəsinə götürdü. Astara şəhərinin camaatı onu İran İslam İnqilabından da əvvəl tanıdığı üçün inqilabın böyüklərindən xahiş etdilər ki, Seyid Əliəkbər Ocaqnejad şəhərin imam cüməsi olsun. Beləliklə o, 1360-ci ilin aban ayında (1981-ci ilin oktyabrı) İmam Xomeyni tərəfindən bu şəhərin ilk imam cüməsi kimi təsdiq olundu. 

Bu şəhərin həssas sərhəd problemləri və bu ərazilərdə müxtəlif əks-inqilabçı qrupların fəaliyyəti Astarada xaosa səbəb oldu. O, bu həyəcanlı vəziyyəti aradan qaldırmaq üçün çox böyük səylə çalışırdı. Bu ərazidə onun müdrik çıxışları və fəaliyyəti burada yaşayan əhali arasında vəhdətin yaranmasına səbəb oldu. Beləliklə onun bu fəaliyyəti əks-inqilabçı qrupların xoşuna gəlmədi.

O, Astara şəhərinin kəndlərindən birində sui-qəsdə tuş gəldi. Xoşbəxtlikdən təhlükəsizliyi təmin etmək üçün kənd məscidində toplanmış camaatın onu müdafiə etməsi ilə əks-inqilabi təsirlər ona zərər yetirə bilmədi.

Höcəttülislam Ocaqnejad 1361-ci ilə (1382 sentyabr) qədər Astarada imam-cümə qismində fəaliyyət göstərdi. 

Bu illərdə hövzədə öz təhsilini davam etdirmək üçün oradan uzaqlaşdı və yenidən Quma qayıtdı. Hövzədə fiqh və üsul dərsləri almaqla yanaşı, özü də dərs deməyə başladı. Bununla eyni zamanda İran-İraq müharibəsinin başlaması onun imam-cüməliklə yanaşı dəfələrlə cəbhəyə getməsinə də səbəb oldu. İşlərinin çox, məsuliyyətinin isə böyük olmasına baxmayaraq o, heç vaxt öz ciddi ruhani həyatından uzaq durmamış, dini təbliğatı həmişə öz həyat proqramının əsas prioritetinə çevirmişdir. Onun xütbə və moizə deməkdə yüksək bacarığı, geniş və nizamlı mütailəsi ilə yanaşı nitq söyləmkdə də genetik istedadı və yüksək danışıq qabiliyyəti ilə ölkənin müxtəlif şəhərlərində olan minbərlərdə sevilməsinə və məşhurlaşmasına səbəb oldu. Buna görə də 60-cı illərdə ölkənin bir çox nöqtələrində, Şirazdan tutmuş Həmədana qədər, Ərdəbil və Urmiya xüsusi ilə təbliğat dönəmində minbərlərdəki çıxışları onun 1369-ci ilə qədər (1990) ölkənin ən nüfuzlu xətib və vaizlərindən biri olmasına səbəb oldu.

1369-cı ildə (1990) SSRİ-nin dağılması ilə yenicə müstəqillik tapmış Azərbaycan Respublikasında olan Əhli-Beyt aşiqlərinin seli müqəddəs Qum şəhərinin yolunu tutmağa başladı. Nəzərə alınmalıdır ki, illər əvvəldən Qafqaz ərazilərində bir çox həmsərhəd ölkələr və bu ölkənin şiə əhalisi Seyid Ocaqnejadın radio ilə yayımlanan çıxışlarına sərhədə yaxın olan ərazilərdə eşitdiyi üçün onu tanımışdır. Kim öz övladını hövzəyə təhsil almağa yollamaq istəmişsə ondan yardım almışdır. Beləliklə Höcəttülislam Ocaqnejad ilk dəfə 1368-ci ilin bəhmən ayında (1990-cı ilin fevralı) Ayətullah Meşkininin hökmü ilə Qafqazın müsəlman əhalisinə kömək komitəsinin üzvü olur. Bir müddətdən sonra da Ayətullah Üzma Meşkini və Lənkarinin əmri ilə Azərbaycan Respublikasından olan tələbələrin təşkilatçısı vəzifəsinə təyin edilir.

 

Bu əlaqələr də onun bu ölkəyə yavaş-yavaş marağını artırır. O, 1371-ci ilin fərvərdin ayında (Aprel 1992-ci il) o zamanki prezident Ayətullah Haşimi Rəfsancaninin əmri ilə Azərbaycan Respublikasında müsəlman mədəniyyət komitəsinin məsul kitabi vəzifəsinə təyin edildi. 1374-ci ilin azər ayında (1995-ci ilin noyabrı) o zamankı xarici işlər naziri Əliəkbər Vilayəti tərəfindən Bakıdakı İran İslam Respublikasının Mədəniyyət Mərkəzinin rəhbəri təyin edildi. 

Bu məsuliyyət 1377-ci ildə (1998-ci ilin sentyabrı) İslam Əlaqələri və Mədəniyyəti təşkilatı yaradıldıqdan sonra Ayətullah Təsxirinin əmri ilə bir neçə dəfə uzadıldı və təqribən 14 ildir ki, davam edir. Nəticədə bu sahədə görünən işlərə imza atırlar. 

O, həmçinin bu illərdə Qafqazda olan mədrəsələrə rəhbərliyi: Ölkədən xaricdə olan hövzə və elmi mədrəsələrə nəzarəti də öz öhdəsinə götürmüşdü. O, bu illərdə öhdəsinə götürdüyü bir çox məsuliyyət və məşğuliyyətləri ilə yanaşı, əsas ruhani vəzifəsini kənara qoyub, dini və məzhəbi işlərdən də geri qalmadı. Heç vaxt məsciddən, minbər və mehrabdan ayrılmadı. O, bu istiqamətdə bu ərazilərin müsəlman və Əhli-Beytdən olan əhalisi üçün silinməz izlər qoymuş, xidmət göstərmişdir.

Höcəttülislam Ocaqnejad 1375-ci ildən Bakıdakı İİR-nın Mədəniyyət Mərkəzini saxlamaqla, Azərbaycanda Vəliyyi Fəqihin nümayəndəsi təyin olunaraq belə böyük bir vəzifəni və məsuliyyəti də öz öhdəsinə götürdü. Hal-hazırda bu istiqamətdə Qafqazda mövcud həmsərhəd ölkələrdə, şiə əhalinin çox olduğu ərazilərdə öz vəzifəsini icra edir.

Vəssəlam