Şənbə 8 Avqust 2020

Şənbə 8 Avqust 2020

MÜBARƏK RAMAZAN AYI ON DÖRD MƏSUMUN (Ə) HƏYATINDA

2020 Sunday 26 April 166 Baxiş Çap

 

  1. Mənəvi durumda dəyişiklik

Həzrət İmam Səccad (ə) haqqında belə nəql olunur ki, o, bu ayda büsbütün dua, iba­dət, istiğfar və təkbirə qərq olurdu.

2.Müstəhəb namazlar 

Müstəhəb və nafilə namazların qılınması əzə­mətli imamlarımız (ə) üçün adi və gündəlik bir iş olduğuna baxmayaraq, Ramazan ayında iki­qat əhəmiyyət kəsb edirdi. Belə ki, mübarək Ra­mazan ayında, eləcə də Qədr gecələrində on­­lar xüsusi namazlar qılırdılar.

3.Quran tilavəti

Məsum imamlar (ə) mübarək Ramazan ayın­da Quran tilavətinə xüsusi diqətlə ya­naş­mışlar. Həzrət İmam Səccad (ə) barə­sində belə nəql olunmuşdur ki, o, mübarək ay­da Qurani-Kə­ri­mi qırx dəfə oxuyub başa çat­dırarmış.

4.Dua və ibadət

Məsum imamlardan(ə) mübarək Ramazan ayı ilə bağlı xüsusi dualar gəlib çatmışdır ki, on­­la­rın yalnız adlarını çəkməklə kifayətlənirik:

  1. a) Mübarək ayda Ayı görən zaman oxunan dua;
  2. b) Mübarək Ramazan ayı daxil olduğu za­man Peyğəmbərin(s) oxuduğu dua;
  3. c) Peyğəmbərin(s) birinci gecə etdiyi dua;

ç) Əbu Həmzə Səmalinin hər gecə etdiyi dua;

  1. d) Səhər duası;
  2. e) “Səhifeye-Səccadiyyə”nin birinci duası;

ə) İftar duası;

  1. f) İmam Səccadın(ə) 19 və 21-ci gecələrdə et­diyi dualar;
  2. g) Məhəmməd Peyğəmbərin(s), İmam Ba­qirin(ə), İmam Sadiqin(ə) və İmam Kazımın(ə) mübarək Ramazan ayında etdiyi dualar;

ğ) Məhəmməd Peyğəmbərin(s) və İmam Səc­cadın(ə) 27-ci gecə etdiyi dualar;

  1. h) Məhəmməd Peyğəmbərin(s) hər ayın so­nun­cu gecəsində etdiyi dua;
  2. x) Mübarək Ramazan ayı ilə vidalaşma dua­sı;

5.Qədr gecələrində əhya saxlamaq   

Məsumlar(ə) Qədr gecələri oyaq qalar­dılar. Nəinki təkcə özləri yatmaz, həm də ailə üzv­lərini və övladlarını da bu gecə əhya sax­la­yıb ibadət etməyə təşviq edərdilər. Belə rəva­yət olunur ki, İslam Peyğəmbəri(s) ayın 23-cü ge­cə­sində ailə üzvləri içərisində yatmış olan­ları yuxudan oyadar, bunun üçün üzlərinə su da ­çiləyərdi.

Həzrət Fatimeyi-Zəhra(ə) da həmin gecə öv­lad­larından heç birini yuxuya getməyə qoy­maz­dı. Gündüzdən az yemək, bir qədər isti­rahət etməklə onları gecəyə hazırlayar və buyu­rardı ki, bu gecənin xeyrindən məhrum olan şəxs, həqiqətən, məhrumdur.

  1. İftarın ədəb qaydaları

İmam Sadiq (ə) buyurur ki, Məhəmməd pey­ğəmbər(s) iftar vaxtı bu duanı oxuyardı: “Alla­hım, Sənin üçün oruc tutduq və Sənin verdiyin ruzi ilə iftar etdik, odur ki, onu bizdən qəbul et”. Peyğəmbər(s) imkan daxilində hal­va, xurma kimi şirin şeylərlə, bunlar olma­dıqda isə ilıq su ilə iftar edərdi.

7.Səhər və iftar vaxtlarında “Qədr” surəsi oxumaq

8.İftar vermək

İmam Sadiqdən(ə) belə rəvayət olunur: Həzrət İmam Səccad(ə) oruc tutduğu zaman gös­təriş verər­di ki, bir qoyun kəsilsin, əti doğ­ranıb qazana tökülsün. Həzrət(ə) qürub vaxtı ye­mək bişən qazanlara yaxınlaşıb ağzı oruc hal­da xörəyi qox­layar və buyurardı: “Kasaları gə­tirin, bu kasaya filankəs üçün, o birisinə isə fi­lan­kəs üçün yemək çəkin!”. Beləcə bozbaşın hamı­sını kasalara doldu­rurar, xörək qurta­randan sonra isə özü xurma və çörəklə iftar edər­di”.

9.Yoxsullara yardım etmək

İbn Abbas deyir: “Ramazan ayı girəndə hər han­sı bir xahişlə Peyğəmbərə (s) üz tutan in­san­ların istəyi yerinə yetirilirdi”.

Həzrət İmam Səccad (ə) haqqında isə belə nəql olunur ki, o, Ramazan ayının hər günü sə­də­qə paylayardı.

10.Qüsl

Məhəmməd peyğəmbər (s) mübarək Rama­zan ayının sonuncu ongünlüyündə hər gecə qüsl edər­di.

  1. Ramazan ayı ilə vidalaşma

Cabir ibn Abdullah Ənsari belə nəql edir ki, Ramazan ayının cümə günündə Məhəmməd pey­ğəmbərin(s) yanına getdim. Onun gözü mə­nə sataşanda buyurdu: “Ey Cabir, bu cümə Ra­mazan ayının sonudur, odur ki, onunla vidalaş və de:

اللهم لا تجعله آخرالعهد من صيامنا اياه، فان جعلته فاجعلني مرحوما، و لا تجعلني محروما

– Allahım, bu Ramazanı bizim üçün axırıncı oruc­luq ayı etmə. Əgər buna qərar vermisənsə, bi­zə rəhm et və bizi Öz mərhəmətindən məhrum etmə – Bunu deyən hər kəs iki yaxşı­lıqdan birinə nail olacaqdır: ya Allah ona ömür nəsib edəcək və o, gələn ilin Ramazan ayını qar­şı­layacaq, ya da Allah-Təalanın mərhəmət və bağışlamasına layiq görüləcək.

  1. Fitr bayramı gecəsi əhya saxlamaq

Məsumlar (ə) o gecəni əhya saxlayaraq sə­hə­rə qədər ibadət edərdilər. İmam Səccad (ə) Fitr bayramı gecəsi səhərədək məsciddə namaz qı­­lar­dı.

Şərhlər

Bu yazı üçün şərh bağlandı.
Birinci nəfər olun ki şərh yazisiz.

adver2

Dini münasibətlər

30 August Aşura - İmam Hüseyn (ə)-ın şəhadəti [11 Məhərrəm]

Namaz vəxti

Sübh azanı 04:13
Gün çıxır 05:45
Zöhr azanı 12:46
Gün batır 19:47
Məğrib azanı 20:02
Gecə yarısı 23:19

Höccətülislam vəlmüslimin Seyid Əliəkbər Ocaqnejad
Rəsmi internet saytı 
© 2016 Müəllif hüquqları qorunur
Materialdan istifadə edərkən
WWW.OCAQNEJAD.NET 
saytına istinad zəruridir
Designed by