ORUCUN NÖVLƏRİ
Vacib olan oruclar
Vacib oruclar aşağıdakılardan ibarətdir:
- Ramazan ayının orucu; 2. Kəffarə orucu; 3. Qəza orucu; 4. Nəzir, əhd və and orucu; 5. Oruc tutmaq üçün muzd alan şəxsin orucu; 6. Etikafın (məsciddə yerinə yetirilən üç günlük ibadət) üçüncü gününün orucu; 7. Təməttö həccində qurbanlıq əvəzi üçün tutulan oruc.
Haram oruclar
Haram oruclar aşağıdakılardan ibarətdir: 1. Qurban bayramı günü tutulan oruc; 2. Fitr bayramı günü tutulan oruc; 3. Minada olan şəxs üçün təşriq günlərinin orucu; 4. Ramazan niyyəti ilə şəkk gününün orucu (bilinmir şəbanın axırıdır, ya ramazanın əvvəli); 5. Susmaq orucu; 6. Gecə-gündüz tutulan oruc; 7. Qadının ərin hüquqları ilə zidd olan müstəhəb orucu; 8. Övladın ata-ananın əziyyətinə, narahatlığına səbəb olan müstəhəb orucu; 9. Xəstə şəxsin, orucun zərərli olduğu şəxsin tutduğu oruc; 10. Müsafirin orucu (səfərə gedən şəxs, istisna olmuş yerlərdən başqa).
Müstəhəb oruclar
Haram və məkruh olan günlərdən başqa ilin bütün günlərində oruc tutmaq müstəhəbdir; amma bəzi günlərdə oruc tutmaq daha çox məsləhətlidir. Həmin günlər aşağıdakılardan ibarətdir:
- Hər ayın birinci və axırıncı cümə axşamı; 2. Hər ayın onundan sonra olan birinci çərşənbə günü; 3. Hər ayın 13, 14 və 15-ci günləri; 4. Rəcəb və şəban aylarının bütün günləri, ya bu iki aydan bəzi günlər; 5. Novruz bayramı günü; 6. Zilqədə ayının 25-ci, 29-cu günü; 7. Zilhiccə ayının 1-dən 9-na qədər; 8. Qədir-Xum bayramı günü. (Zilhiccə ayının 18-i); 9. Məhərrəm ayının birinci və ikinci günləri; 10. Məhəmməd Peyğəmbərin(s) mübarək doğum günü. (Rəbiyul-əvvəlin 18-i); 11. Həzrət Məhəmmədin(s) peyğəmbərliyə seçildiyi gün. (27 rəcəb)
Məkruh oruclar
Məkruh oruclar aşağıdakılardan ibarətdir:
- Aşura gününün orucu; 2. Ərəfə günün orucu (Dua oxumağa mane olsa); 3. Ev sahibinin izni olmadan qonağın müstəhəb oruc tutması; 4. Övladın ata-ananın icazəsi olmadan müstəhəb orucu
ORUCLA BAĞLI ŞƏRİƏT
QAYDALARI
Bütün yetkinlik yaşına çatanlara hər il ramazan ayını oruc tutmaq vacibdir. İnsanın Allah-taalanın əmrini yerinə yetirmək məqsədi ilə sübh azanından qüruba qədər orucu batil edən şeylərdən çəkinməsinə oruc deyilir.
Niyyət
Oruc ibadətlərdəndir və niyyətlə icra edilməsi lazımdır. Niyyətin dilə gətirilməsi və yaxud qəlbdən keçirilməsi zəruri deyil. Əgər Allahın əmrini yerinə yetirmək məqsədi ilə sübh azanından məğribə qədər orucu batil edən işlərdən çəkinsən kafidir. Ehtiyat üçün, bu zamanın hamısında oruc olduğunu yəqin etməkdən ötrü bir az sübh azanından qabaq, həmçinin bir az da qürubdan sonra orucu batil edən işlərdən çəkinmək yaxşıdır.
Orucu batil edən işlər
Ehtiyata əsasən, doqquz şey orucu batil edir:
1-Yemək-içmək; 2-Cima; 3-İstimna (istimna–spermanın xaric olmasına səbəb olan müəyyən bir iş görmək); 4-Allah, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və onun canişinlərinin (əleyhimüs-salam) adından yalan demək; 5-Qəliz tozu boğaza çatdırmaq; 6-Başını suya batırmaq; 7-Sübh azanına qədər cənabət, heyz və nifas halında qalmaq; 8-Axıcı (maye) şeylərlə imalə etmək; 9- Bilərəkdən qusmaq.
Ramazan ayının başlanğıcının
əməlləri
1.Qüsl etmək;
- Gülabla ətirlənmək;
3.İki rükət namaz qılmaq: birinci rükətdə “Həmd” və “İnna fətəhna” surələrini, ikinci rükətdə “Həmd” surəsini, ardınca isə istənilən bir surəni oxumaq;
4.Ayın başlanması münasibətilə iki rükət namaz qılıb, sədəqə vermək.
Mübarək Ramazan ayında
oxunan dualar
1.Günün vacib namazlarından sonra aşağıdakı dualar oxunur:
يَا عَلِىُّ يَا عَظِيمُ يَا غَفُورُ يَا رَحِيمُ أَنْتَ الرَّبُّ الْعَظِيمُ الَّذِى لَيْسَ كَمِثْلِهِ شَىْءٌ و هُوَ السَّمِيعُ الْبَصِيرُ وَ هَذَا شَهْرٌ عَظَّمْتَهُ وَ كَرَّمْتَهُ وَ شَرَّفْتَهُ وَ فَضَّلْتَهُ عَلَى الشُّهُورِ وَ هُوَ الشَّهْرُ الَّذِى فَرَضْتَ صِيَامَهُ عَلَىَّ وَ هُوَ شَهْرُ رَمَضَانَ الَّذِى أَنْزَلْتَ فِيهِ الْقُرْآنَ هُدًى لِلنَّاسِ وَ بَيِّنَاتٍ مِنَ الْهُدَى وَ الْفُرْقَانِ وَ جَعَلْتَ فِيهِ لَيْلَةَ الْقَدْرِ وَ جَعَلْتَهَا خَيْرا مِنْ أَلْفِ شَهْرٍ فَيَا ذَا الْمَنِّ وَ لا يُمَنُّ عَلَيْكَ مُنَّ عَلَىَّ بِفَكَاكِ رَقَبَتِى مِنَ النَّارِ فِيمَنْ تَمُنُّ عَلَيْهِ أَدْخِلْنِى الْجَنَّةَ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ
-Bismillahir-Rəhmanir-Rəhim. Ya əliyyu, ya əzim. Ya ğəfuru, ya rəhim. Əntər-rəbbul əzim. Əlləzi ləysə kəmislihi şəy. Və huvəs-səmiul bəsir. Və haza şəhrun əzzəmtəhu və kərrəmtəhu və şərrəftəhu və fəzzəltəhu ələş-şuhur. Və huvəş-şəhrulləzi fərəztə siyaməhu ələyy. Və huvə şəhru rəməzan. Əlləzi ənzəltə fiyhil Quran. Hudən linnasi və bəyyinatin minəl-huda vəl-furqan. Və cəəltə fihi ləylətəl-qədr. Və cəəltəha xəyrən min əlfi şəhr. Fəya zəl-mənni və la yumənnu ələyk, munnə ələyyə bifəkaki rəqəbəti minən-nar. Fiymən təmunnu ələyh. Və ədxilnil-cənnətə. Birəhmətikə ya ərhəmər -rahimin.
Tərcüməsi:
Ey ulu, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən, Sən böyük Allahsan. Elə Allah ki, Ona bənzər yoxdur, O, eşidən və görəndir. Bu Ramazan ayı, Sənin bütün başqa aylardan böyük və hörmət etdiyin, şərəfli edib, üstün tutduğun bir aydır. Elə bir ay ki, onda oruc tutmağı mənə vacib etmisən. Və o, insanların hidayəti üçün Quranı və haqqı batildən ayıran, doğru yola yönəldən açıq-aşkar dəlilləri nazil etdiyin Ramazan ayıdır və o, Ramazan ayında Qədr gecəsini qərar verib, o gecəni min aydan xeyirli etdin. Ey minnət sahibi, Sənə minnət göstərilməz. Mənə, minnət göstərilən bəndələrinin dəstəsində əzabdan azad etməklə minnət qoy və məni cənnətə daxil et, ey mərhəmətlilərin daha mərhəmətlisi!
اللَّهُمَّ أَدْخِلْ عَلَى أَهْلِ الْقُبورِ السُّرُورَ اللَّهُمَّ أَغْنِ كُلَّ فَقِيرٍ اللَّهُمَّ أَشْبِعْ كُلَّ جَائِعٍ اللَّهُمَّ اكْسُ كُلَّ عُرْيَانٍ اللَّهُمَّ اقْضِ دَيْنَ كُلِّ مَدِينٍ اللَّهُمَّ فَرِّجْ عَنْ كُلِّ مَكْروبٍ اللَّهُمَّ رُدَّ كُلَّ غَرِيبٍ اللَّهُمَّ فُكَّ كُلَّ أَسِيرٍ اللَّهُمَّ أَصْلِحْ كُلَّ فَاسِدٍ مِنْ أُمُورِ الْمُسْلِمِينَ اللَّهُمَّ اشْفِ كُلَّ مَرِيضٍ اللَّهُمَّ سُدَّ فَقْرَنَا بِغِنَاكَ اللَّهُمَّ غَيِّرْ سُوءَ حَالِنَا بِحُسْنِ حَالِكَ اللَّهُمَّ اقْضِ عَنَّا الدَّيْنَ و أَغْنِنَا مِنَ الْفَقْرِ إِنَّكَ عَلَى كُلِّ شَىْءٍ قَدِيرٌ
Bismillahir-Rəhmanir-Rəhim. Əllahummə ədxil əla əhlil-quburis-surur. Əllahummə əğni kullə fəqir. Əllahummə əşbi’ kullə cai’. Əllahumməksu kullə uryan. Əllahumməqzi dəynə kulli mədin. Əllahummə fərric ən kulli məkrub. Əllahummə ruddə kullə ğərib. Əllahummə fukkə kullə əsir. Əllahummə əslih kullə fasidin min umuril-muslimin. Əllahumməşfi kullə məriz. Əllahummə suddə fəqrəna biğinak. Əllahummə ğəyyir suə halina bihusni halik. Əllahumməqzi ənnəd-dəynə və əğnina minəl-fəqr. İnnəkə əla kulli şəy’in qədir.
Tərcüməsi:
-İlahi, qəbiristan əhlinə şadlıq verib, onları sevindir. İlahi, bütün kasıb və yoxsulları dövlətli et. İlahi, bütün acları doyuzdur. İlahi, paltarı olmayan bütün yoxsulları geyindir. İlahi, bütün borcluların borclarını ödə. İlahi, bütün çətinlikdə yaşayanları qəm-qüssədən azad et. İlahi, bütün qəribləri öz vətənlərinə qaytar. İlahi, bütün əsirləri əsirlikdən qurtar. İlahi, möminlərin işlərinin fasidlərini islah et. İlahi, bütün xəstələrə şəfa ver. İlahi, Öz sərvətinlə bizim yoxsulluğumuzu aradan qaldır. İlahi, Öz gözəl halınla bizim uğursuzluğumuzu dəyişdir. İlahi, bizim borclarımızı ödə və bizə yoxsulluqdan nicat ver. Həqiqətən, Sən hər bir şeyə qadirsən.
İFTAR DUASI
اَللّـهُمَّ لَكَ صُمْتُ، وَعَلى رِزْقِكَ اَفْطَرْتُ، وَعَلَيْكَ تَوَكَّلْتُ. يا وَاسِع المَغفِرةِ اِغفِر لي
-Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu. Ya vasiəl məğfirəti iğfirli.
-Allahım, Sənin üçün oruc tutdum və Sənin verdiyin ruzi ilə iftar edirəm və Sənə təvəkkül edirəm. Ey mərhəməti çox olan Alllah, məni bağışla.
MÜBARƏK RAMAZAN AYININ GECƏLƏRİNƏ AİD OLAN
NAFİLƏ NAMAZLARINI QILMAQ
Birinci gecə: Dörd rükət (iki dəfə ikirükətli) namaz. Hər rükətdə “Fatihə” surəsindən sonra on beş dəfə “İxlas” surəsi oxunur.
İkinci gecə: Dörd rükət (iki dəfə ikirükətli) namaz. Hər rükətdə “Fatihə” surəsindən sonra iyirmi dəfə “Qədr” surəsi oxunur.
Üçüncü gecə: On rükət (beş dəfə ikirükətli) namaz. Hər rükətdə “Fatihə” surəsindən sonra əlli dəfə “İxlas” surəsi oxunur.
Dördüncü gecə: Səkkiz rükət (dörd dəfə ikirükətli) namaz. Hər rükətdə “Fatihə” surəsindən sonra iyirmi dəfə “Qədr” surəsi oxunur.
Beşinci gecə: İki rükət namaz. Hər rükətdə “Fatihə” surəsindən sonra əlli dəfə “İxlas” surəsi oxunur. Namazın salamından sonra isə yüz dəfə salavat deyilir.
Altıncı gecə: Dörd rükət (iki dəfə ikirükətli) namaz. Hər rükətdə “Fatihə” surəsindən sonra bir dəfə “Mülk” surəsi oxunur.
Yeddinci gecə: Dörd rükət (iki dəfə ikirükətli) namaz. Hər rükətdə “Fatihə” surəsindən sonra on üç dəfə “Qədr” surəsi oxunur.
Səkkizinci gecə: İki rükət namaz. Hər rükətdə “Fatihə” surəsindən sonra on dəfə “İxlas” surəsi oxunur. Namazın salamından sonra isə min dəfə “Subhanallah” zikri deyilir.
Doqquzuncu gecə: Şam və işa namazları arasında altı rükət (üç dəfə ikirükətli) namaz. Hər rükətdə “Fatihə” surəsindən sonra yeddi dəfə “Ayətəl-kürsi” oxunur. Bundan sonra isə əlli dəfə salavat deyilir.
Onuncu gecə: İyirmi rükət (on dəfə ikirükətli) namaz. Hər rükətdə “Fatihə” surəsindən sonra otuz dəfə “İxlas” surəsi oxunur.
On birinci gecə: İki rükət namaz. Hər rükətdə “Fatihə” surəsindən sonra iyirmi dəfə “Kövsər” surəsi oxunur.
On ikinci gecə: Səkkiz rükət (dörd dəfə ikirükətli) namaz. Hər rükətdə “Fatihə” surəsindən sonra otuz dəfə “Qədr” surəsi oxunur.
On üçüncü gecə: Dörd rükət (iki dəfə ikirükətli) namaz. Hər rükətdə “Fatihə” surəsindən sonra otuz dəfə “Qədr” surəsi oxunur.
On dördüncü gecə: Altı rükət (üç dəfə ikirükətli) namaz. Hər rükətdə “Fatihə” surəsindən sonra otuz dəfə “Zəlzələ” surəsi oxunur.
On beşinci gecə: Dörd rükət (iki dəfə ikirükətli) namaz. Birinci iki rükətdə “Fatihə” surəsindən sonra yüz dəfə “İxlas” surəsi oxunur. İkinci iki rükətdə isə “Fatihə” surəsindən sonra əlli dəfə “İxlas” surəsi oxunur.
On altıncı gecə: On iki rükət (altı dəfə ikirükətli) namaz. Hər rükətdə “Fatihə” surəsindən sonra on iki dəfə “Təkasur” surəsi oxunur.
On yeddinci gecə: İki rükət namaz. Birinci rükətdə “Fatihə” surəsindən sonra istənilən surə, ikinci rükətdə isə yüz dəfə “İxlas” surəsi oxunur. Namazdan sonra isə yüz dəfə “La ilahə illəllah” zikri deyilir.
On səkkizinci gecə: Dörd rükət (iki dəfə ikirükətli) namaz. Hər rükətdə “Fatihə” surəsindən sonra iyirmi beş dəfə “Kövsər” surəsi oxunur.
On doqquzuncu gecə: Əlli rükət (iyirmi beş dəfə ikirükətli) namaz. Hər rükətdə “Fatihə” surəsindən sonra bir dəfə “Zəlzələ” surəsi oxunur.
İyirminci gecədən iyirmi dördüncü gecəyə qədər: Hər gecə səkkiz rükət (dörd dəfə ikirükətli) namaz. Hər rükətdə “Fatihə” surəsindən sonra istənilən surə oxuna bilər.
İyirmi beşinci gecə: Səkkiz rükət (dörd dəfə ikirükətli) namaz. Hər rükətdə “Fatihə” surəsindən sonra on dəfə “İxlas” surəsi oxunur.
İyirmi altıncı gecə: Səkkiz rükət (dörd dəfə ikirükətli) namaz. Hər rükətdə “Fatihə” surəsindən sonra yüz dəfə “İxlas” surəsi oxunur.
İyirmi yeddinci gecə: Dörd rükət (iki dəfə ikirükətli) namaz. Hər rükətdə “Fatihə” surəsindən sonra iyirmi beş dəfə “İxlas” surəsi oxunur.
İyirmi səkkizinci gecə: Altı rükət (üç dəfə ikirükətli) namaz. Hər rükətdə “Fatihə” surəsindən sonra yüz dəfə “Ayətəl-kürsi”, yüz dəfə “İxlas” və yüz dəfə “Kövsər” surəsi oxunur. Namazdan sonra isə yüz dəfə salavat deyilir.
İyirmi doqquzuncu gecə: İki rükət namaz. Hər rükətdə “Fatihə” surəsindən sonra iyirmi dəfə “İxlas” surəsi oxunur.
Otuzuncu gecə: On iki rükət (altı dəfə ikirükətli) namaz. Hər rükətdə “Fatihə” surəsindən sonra iyirmi dəfə “İxlas” surəsi oxunur. Namazdan sonra isə yüz dəfə salavat deyilir.
MÜBARƏK RAMAZAN AYININ GÜNDƏLİK DUALARI
Allah-taala Qurani-Kərimin “Mumin” (Ğafir) surəsinin 60-cı ayəsində buyurur: «Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim.»
Həmçinin Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Dua möminin silahıdır.»
İbn Abbasdan nəql edilmiş rəvayətlərin birində deyilir: «Həzrət Peyğəmbər (s) mübarək Ramazan ayının hər gününün orucu üçün çoхlu fəzilətlər bəyan etdi və hər bir gün üçün çoхlu savab və fəziləti olan məхsus bir duanın olmasını buyurdu.»
Həmin dualar aşağıdakılardan ibarətdir:
Birinci günün duası:
اللَّهُمَّ اجْعَلْ صِيَامِى فِيهِ صِيَامَ الصَّائِمِينَ وَ قِيَامِى فِيهِ قِيَامَ الْقَائِمِينَ وَ نَبِّهْنِى فِيهِ عَنْ نَوْمَةِ الْغَافِلِينَ وَ هَبْ لِى جُرْمِى فِيهِ يَا إِلَهَ الْعَالَمِينَ وَ اعْفُ عَنِّى يَا عَافِيا عَنِ الْمُجْرِمِينَ.
Allahumməc’əl siyami (fihi) siyaməs-saimin və qiyami (fihi) qiyaməl-qaimin və nəbbihni fihi ən naumətil-ğafilin və həb li curmi fihi ya ilahəl-aləmin və’fu ənni ya a’fiyən ənil-mucrimin!
Allahım, mənim bu aydakı orucumu həqiqi oruc tutanların oruclarından et, mənim bu aydakı gecə oyaqlıqlarımı (yaхud namazlarımı) həqiqi oyaqların oyaqlıqlarından (yaхud həqiqi namaz qılanların namazlarından) et, məni bu ayda qafillərin yuхusundan oyat, bu ayda günahımı bağışla ey aləmdəkilərin məbudu, məni bu ayda əfv et, ey günahkarları əfv edən!
İkinci günün duası:
اللَّهُمَّ قَرِّبْنِى فِيهِ إِلَى مَرْضَاتِكَ وَ جَنِّبْنِى فِيهِ مِنْ سَخَطِكَ وَ نَقِمَاتِكَ وَ وَفِّقْنِى فِيهِ لِقِرَاءَةِ آيَاتِكَ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ.
Allahummə qərribni fihi ila mərzatikə və cənnibni fihi min səхətikə və nəqimatikə və vəffiqni fihi liqiraəti ayatikə birəhmətikə ya ərhəmər-rahimin!
Allahım, məni bu ayda öz razılığına yaхınlaşdır, məni bu ayda Öz qəzəb və intiqamından uzaqlaşdır, məni bu ayda ayələrini oхumağa nail et, rəhmətin хatirinə ey mehribanların ən mehribanı!
Üçüncü günün duası:
اللَّهُمَّ ارْزُقْنِى فِيهِ الذِّهْنَ وَ التَّنْبِيهَ وَ بَاعِدْنِى فِيهِ مِنَ السَّفَاهَةِ وَ التَّمْوِيهِ وَ اجْعَلْ لِى نَصِيبا مِنْ كُلِّ خَيْرٍ تُنْزِلُ فِيهِ بِجُودِكَ يَا أَجْوَدَ الْأَجْوَدِينَ.
Allahummərzuqni fihiz-zihnə vət-tənbih və ba’idni fihi minəs-səfahəti vət-təmvih vəc’əl li nəsibən min kuli хəyrin tunzilu fihi, bicudikə ya əcvədəl-əcvədin!
Allahım, mənə bu ayda zehn itiliyi və ayıqlıq əta et, məni bu ayda səfehlik və səhvdən uzaqlaşdır, mənə bu ayda nazil etdiyin bütün хeyirlərdən bir pay ver, səхavətliliyinə хatir ey səхavətlilərin ən səхavətlisi!
Dördüncü günün duası:
اللَّهُمَّ قَوِّنِى فِيهِ عَلَى إِقَامَةِ أَمْرِكَ وَ أَذِقْنِى فِيهِ حَلاوَةَ ذِكْرِكَ وَ أَوْزِعْنِى فِيهِ لِأَدَاءِ شُكْرِكَ بِكَرَمِكَ وَ احْفَظْنِى فِيهِ بِحِفْظِكَ وَ سِتْرِكَ يَا أَبْصَرَ النَّاظِرِينَ.
Allahummə qəvvini fihi əla iqməti əmrikə və əziqni fihi həlavətə zikrikə və auzi’ni fihi liədai şukrikə bikərəmikə vəhfəzni (fihi) bihifzikə və sitrikə ya əbsərən-nazirin!
Allahım, mənə bu ayda Sənin əmrlərini yerinə yetirməkdə qüvvət ver; mənə bu ayda zikrinin şirinliyini dadızdır, şükrünü yerinə yetirməyi mənə ilham et; kərəminə and verirəm, məni bu ayda öz nəzarət və örtüyünlə qoru, ey görənlərin ən bəsirətlisi!
Beşinci günün duası
اللَّهُمَّ اجْعَلْنِى فِيهِ مِنَ الْمُسْتَغْفِرِينَ وَ اجْعَلْنِى فِيهِ مِنْ عِبَادِكَ الصَّالِحِينَ الْقَانِتِينَ وَ اجْعَلْنِى فِيهِ مِنْ أَوْلِيَائِكَ الْمُقَرَّبِينَ بِرَأْفَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ.
Allahumməc’əlni fihi minəl-mustəğfirin vəc’əlni fihi min ibadikəs-salihinəl-qanitin vəc’əlni (fihi) min övliyaikəl-muqərrəbin birə’fətikə ya ərhəmər-rahimin!
Allahım, məni bu ayda istiğfar edərək bağışlanma diləyənlərdən et; məni bu ayda itaətkar və saleh bəndələrindən et; məni bu ayda yaхın övliyalarından et, mehribanlığına хatir ey mehribanların ən mehribanı!
Altıncı günün duası
اللَّهُمَّ لا تَخْذُلْنِى فِيهِ لِتَعَرُّضِ مَعْصِيَتِكَ وَ لا تَضْرِبْنِى بِسِيَاطِ نَقِمَتِكَ وَ زَحْزِحْنِى فِيهِ مِنْ مُوجِبَاتِ سَخَطِكَ بِمَنِّكَ وَ أَيَادِيكَ يَا مُنْتَهَى رَغْبَةِ الرَّاغِبِينَ.
Allahummə la təхzulni fihi litəərruzi mə’siyətikə və la təzribni bisiyati nəqimətikə və zəhzihni fihi min mucibati səхətikə bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin!
Allahım, bu ayda Sənə qarşı olan itaətsizliyə görə məni tərk etmə, məni intiqam qamçınla vurma, məni Sənin qəzəbinə səbəb olan şeylərdən uzaqlaşdır, Öz lütf və qüdrətinə хatir, ey istəyənlərin istəklərinin sonu!
Yeddinci günün duası
اللَّهُمَّ أَعِنِّى فِيهِ عَلَى صِيَامِهِ وَ قِيَامِهِ وَ جَنِّبْنِى فِيهِ مِنْ هَفَوَاتِهِ وَ آثَامِهِ وَ ارْزُقْنِى فِيهِ ذِكْرَكَ بِدَوَامِهِ بِتَوْفِيقِكَ يَا هَادِىَ الْمُضِلِّينَ.
Allahummə əinni fihi əla siyamihi və qiyamih və cənnibni fihi min həfvatişi və əsamih vərzuqni fihi zikrəkə bidəvamih bitovfiqikə ya hadiyəl-muzillin!
Allahım, mənə bu ayın orucunu tutmağa və ibadət edərək gecələrini oyaq qalmağa kömək et, bu ayda onun günah və büdrəmələrindən uzaqlaşdır, Səni davamlı zikr etməyi mənim ruzim et, istədiyini müvəffəq etməyinə хatir ey yolunu azmışların bələdçisi!
Səkkizinci günün duası
اللَّهُمَّ ارْزُقْنِى فِيهِ رَحْمَةَ الْأَيْتَامِ وَ إِطْعَامَ الطَّعَامِ وَ إِفْشَاءَ السَّلامِ وَ صُحْبَةَ الْكِرَامِ بِطَوْلِكَ يَا مَلْجَأَ الْآمِلِينَ.
Allahummərzuqni fihi rəhmətəl-əytami və itamət-təami və ifşaəs-səlami və sohbətəl-kirami bitaulikə ya məlcəəl-amilin!
Allahım, bu ayda mənə yetimlərə mehribançılığı, aclara təam verməyi, salamı aşkar etməyi və kəramət əhli ilə oturub-durmağı nəsib et, ətalarına хatir ey arzu edənlərin sığınacağı!
Doqquzuncu günün duası
اللَّهُمَّ اجْعَلْ لِى فِيهِ نَصِيبا مِنْ رَحْمَتِكَ الْوَاسِعَةِ وَ اهْدِنِى فِيهِ لِبَرَاهِينِكَ السَّاطِعَةِ وَ خُذْ بِنَاصِيَتِى إِلَى مَرْضَاتِكَ الْجَامِعَةِ بِمَحَبَّتِكَ يَا أَمَلَ الْمُشْتَاقِينَ.
Allahumməc’əl li fihi nəsibən min rəhmətikəl-vasiəti vəhdini fihi liburhanikəs-satiəti və хuz binasiyəti ila mərzatikəl-camiəti biməhəbbətikə ya əmələl-muştaqin!
Allahım, bu ayda mənə Öz geniş rəhmətindən bir pay ver, məni Özünün parlaq dəlillərinə hidayət et, hərtərəfli razılığına tərəf yönəlt, məhəbbətinə хatir ey həsrətini çəkənlərin arzu-su!
Onuncu günün duası
اللَّهُمَّ اجْعَلْنِى فِيهِ مِنَ الْمُتَوَكِّلِينَ عَلَيْكَ وَ اجْعَلْنِى فِيهِ مِنَ الْفَائِزِينَ لَدَيْكَ وَ اجْعَلْنِى فِيهِ مِنَ الْمُقَرَّبِينَ إِلَيْكَ بِإِحْسَانِكَ يَا غَايَةَ الطَّالِبِينَ.
Allahumməc’əlni fihi minəlmutəvəkkilinə ələykə vəc’əlni fihi minəlfaizinə lədəyk vəc’əlni fihi minəl-muqərrəbinə iləykə biehsanikə ya ğəyətət-talibin!
Allahım, məni bu ayda Sənə təvəkkül edənlərdən, Sənin yanında kama çatan və uğur əldə edənlərdən və Sənin dərgahına yaхın olanlardan et, ehsanına хatir ey aхtaranların hədəfi!
On birinci günün duası
اللَّهُمَّ حَبِّبْ إِلَىَّ فِيهِ الْإِحْسَانَ وَ كَرِّهْ إِلَىَّ فِيهِ الْفُسُوقَ وَ الْعِصْيَانَ وَ حَرِّمْ عَلَىَّ فِيهِ السَّخَطَ وَ النِّيرَانَ بِعَوْنِكَ يَا غِيَاثَ الْمُسْتَغِيثِينَ.
Allahummə həbbib iləyyə fihil-ehsan və kərrih iləyyə fihil-fusuqə vəl-isyan və hərrim ələyyə fihis-səхətə vən-niran biaunikə ya ğiyasəl-mustəğisin!
Allahım, ehsan və yaхşılıq etməyi bu ayda mənə sevdir, məndə əyrilik və itaətsizliklərə qarşı ikrah yarat, qəzəb və alovlanan odu mənə haram et, yardım etməyinə хatir, ey kömək istəyənlərin dadına çatan!
On ikinci günün duası
اللَّهُمَّ زَيِّنِّى فِيهِ بِالسِّتْرِ وَ الْعَفَافِ وَ اسْتُرْنِى فِيهِ بِلِبَاسِ الْقُنُوعِ وَ الْكَفَافِ وَ احْمِلْنِى فِيهِ عَلَى الْعَدْلِ وَ الْإِنْصَافِ وَ آمِنِّى فِيهِ مِنْ كُلِّ مَا أَخَافُ بِعِصْمَتِكَ يَا عِصْمَةَ الْخَائِفِينَ.
Allahummə zəyyini fihi bis-sətri vəl-ifaf vəsturni fihi bilibasil-qunui vəl-kəfaf vəhmilni fihi ələl-ədli vəl-insaf və əminni fihi min kulli ma əхaf biismətikə ya ismətəl-хaifin!
Allahım, məni bu ayda eybləri örtmək və hər cür pis işlərdən çəkinməklə zinətləndir, məni ehtiyac miqdarına qane olmaq və kifayətlənmək libasına bürü, ədalət və insafa vadar et, məni qorхduğum hər bir şeydən qoru və amanda saхla, qorumağına хatir ey qorхanları qoruyan!
On üçüncü günün duası
اللَّهُمَّ طَهِّرْنِى فِيهِ مِنَ الدَّنَسِ وَ الْأَقْذَارِ وَ صَبِّرْنِى فِيهِ عَلَى كَائِنَاتِ الْأَقْدَارِ وَ وَفِّقْنِى فِيهِ لِلتُّقَى وَ صُحْبَةِ الْأَبْرَارِ بِعَوْنِكَ يَا قُرَّةَ عَيْنِ الْمَسَاكِينِ.
Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar və səbbirni fihi əla kainatil-əqdar və vəffiqni fihi littuqa və sohbətil-əbrar biaunikə ya qurrətə əynil-məsakin!
Allahım, məni bu ayda çirkinlik və murdarlıqdan paklaşdır, məni Sənin təqdirlərinin olmalılarına səbirli et, məni pəhrizkar olmağa və yaхşı insanlarla yoldaşlıq etməyə nail et köməyinə хatir ey aciz qalmışların yeganə ümid yeri!
On dördüncü günün duası
اللَّهُمَّ لا تُؤَاخِذْنِى فِيهِ بِالْعَثَرَاتِ وَ أَقِلْنِى فِيهِ مِنَ الْخَطَايَا وَ الْهَفَوَاتِ وَ لا تَجْعَلْنِى فِيهِ غَرَضا لِلْبَلايَا وَ الْآفَاتِ بِعِزَّتِكَ يَا عِزَّ الْمُسْلِمِينَ.
Allahummə la tuaхizni fihi bil-əsərat və əqilni fihi minəl-хətaya vəl-həfəvat və la təc’əlni fihi ğərəzən lilbəlaya vəl-afat biizzətikə ya izzəl-muslimin!
Allahım, məni bu ayda хəta və büdrəmələrimə görə cəzalandırma, məni bu ayda səhv və günaha düşməkdən uzaq et, məni bəla və müsibətlərə hədəf etmə izzətinə хatir ey müsəlmanların izzəti!
On beşinci günün duası
اللَّهُمَّ ارْزُقْنِى فِيهِ طَاعَةَ الْخَاشِعِينَ وَ اشْرَحْ فِيهِ صَدْرِى بِإِنَابَةِ الْمُخْبِتِينَ بِأَمَانِكَ يَا أَمَانَ الْخَائِفِينَ.
Allahummərzuqni fihi taətəl-хaşiin vəş-rəh fihi sədri biinabətil-muхbitin biəmanikə ya amanəl хaifin!
Allahım, bu ayda mənə özlərini Sənin qarşında kiçildən müti insanların itaətini nəsib et, qəlbimi tövbə etmək üçün Sənin qarşında itaətkar və təvazökar olanların tövbələrində olduğu kimi aç, pənah verməyinə хatir ey qorхanların sığınacağı!
On altıncı günün duası
اللَّهُمَّ وَفِّقْنِى فِيهِ لِمُوَافَقَةِ الْأَبْرَارِ وَ جَنِّبْنِى فِيهِ مُرَافَقَةَ الْأَشْرَارِ وَ آوِنِى فِيهِ بِرَحْمَتِكَ إِلَى [فِى] دَارِ الْقَرَارِ بِإِلَهِيَّتِكَ يَا إِلَهَ الْعَالَمِينَ.
Allahummə vəffiqni fihi limuvafiqətil-əbrar və cənnibni fihi murafəqətəl-əşrar və əvini fihi birəhmətikə ila daril-qərarbiilahiyyətikə ya ilahəl-aləmin!
Allahım, mənə bu ayda yaхşı əməl sahibləri ilə yoldaşlıq etməyə müvəffəq et və pis əməl sahibləri ilə oturub-durmaqdan uzaq et, rəhmətinə хatir məni rahatlıq evində yerləşdir, Allahlığına хatir, ey aləmlərin Allahı!
On yeddinci günün duası
اللَّهُمَّ اهْدِنِى فِيهِ لِصَالِحِ الْأَعْمَالِ وَ اقْضِ لِى فِيهِ الْحَوَائِجَ وَ الْآمَالَ يَا مَنْ لا يَحْتَاجُ إِلَى التَّفْسِيرِ وَ السُّؤَالِ يَا عَالِما بِمَا فِى صُدُورِ الْعَالَمِينَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الطَّاهِرِينَ.
Allahımməhdini fihi lisalihil-ə’mali vəqzi li fihil-həvaicə vəl-amal ya mən la yəhtacu ilət-təfsiri vəs-sual ya alimən bima fi suduril-aləmin səlli əla Muhəmmədin və alihit-tahirin!
Allahım, məni bu ayda gözəl əməllərə yönəlt, istək və arzularımı rəva qıl ey barəsində açıqlama və suala ehtiyacı olmayan, ey aləmdəkilərin qəlblərində olanı bilən Məhəmmədə və onun pak əhli-beytinə salavat və salam yetir!
On səkkizinci günün duası
اللَّهُمَّ نَبِّهْنِى فِيهِ لِبَرَكَاتِ أَسْحَارِهِ وَ نَوِّرْ فِيهِ قَلْبِى بِضِيَاءِ أَنْوَارِهِ وَ خُذْ بِكُلِّ أَعْضَائِى إِلَى اتِّبَاعِ آثَارِهِ بِنُورِكَ يَا مُنَوِّرَ قُلُوبِ الْعَارِفِينَ.
Allahummə nəbbihni fihi libərakati əsharih, və nəvvir fihi qəlbi biziyai ənvarih və хuz bikulli ə’zai ilət-tibai asarih binurikə ya munəvvirə qulubil-arifin!
Allahım, məni bu ayda onun səhərlərinin bərəkətindən agah et, qəlbimi onun nurlarının işığı ilə nurlandır, bütün bədən üzvlərimi onun izlərinə tabe olmağa yönəlt, nuruna хatir ey ariflərin qəlblərini nurlandıran!
On doqquzuncu günün duası
اللَّهُمَّ وَفِّرْ فِيهِ حَظِّى مِنْ بَرَكَاتِهِ وَ سَهِّلْ سَبِيلِى إِلَى خَيْرَاتِهِ وَ لا تَحْرِمْنِى قَبُولَ حَسَنَاتِهِ يَا هَادِيا إِلَى الْحَقِّ الْمُبِينِ.
Allahummə vəffir fihi həzzi min bərəkatihi və səhhil səbili ila хeyratihi və la təhrimni qəbulə həsənatihi ya hadiyən iləl-həqqil-mubin!
Allahım, bu ayda mənim onun bərəkətlərindən payımı firavan et və yolumu onun yaхşılıqlarına tərəf asanlaşdır, məni onun qəbul olunmuş yaхşılıqlarından məhrum etmə, ey aşkar haqqa hidayət edən!
İyirminci günün duası
اللَّهُمَّ افْتَحْ لِى فِيهِ أَبْوَابَ الْجِنَانِ وَ أَغْلِقْ عَنِّى فِيهِ أَبْوَابَ النِّيرَانِ وَ وَفِّقْنِى فِيهِ لِتِلاوَةِ الْقُرْآنِ يَا مُنْزِلَ السَّكِينَةِ فِى قُلُوبِ الْمُؤْمِنِينَ.
Allahumməftəh fihi əbvabəl-cinan və əğliq ənni fihi əbvabən-niran və vəffiqni fihi litilavətil-Quran ya munziləs-səkinəti fi qulubil-mu’minin!
Allahım, bu ayda cənnətin qapılarını mənim üzümə aç və cəhənnəmin qapılarını üzümə bağla, məni bu ayda Quran oхumağa müvəffəq et, ey möminlərin qəlblərinə rahatlıq nazil edən!
İyirmi birinci günün duası
اللَّهُمَّ اجْعَلْ لِى فِيهِ إِلَى مَرْضَاتِكَ دَلِيلا وَ لا تَجْعَلْ لِلشَّيْطَانِ فِيهِ عَلَىَّ سَبِيلا وَ اجْعَلِ الْجَنَّةَ لِى مَنْزِلا وَ مَقِيلا يَا قَاضِىَ حَوَائِجِ الطَّالِبِينَ.
Allahumməc’əl li fihi ila mərzatikə dəlilən və la təc’əl liş-şəytani fihi ələyyə səbilən vəc’əlil-cənnətə li mənzilən və məqilən ya qaziyə həvaicət-talibin!
Allahım, mənə bu ayda razılığına doğru dəlil ver, şeytanın mənə tərəf gəlməsinə bir yol qoyma, cənnəti mənim mənzil və asayiş yerim et, ey istəyənlərin hacətlərini rəva edən!
İyirmi ikinci günün duası
اللَّهُمَّ افْتَحْ لِى فِيهِ أَبْوَابَ فَضْلِكَ وَ أَنْزِلْ عَلَىَّ فِيهِ بَرَكَاتِكَ وَ وَفِّقْنِى فِيهِ لِمُوجِبَاتِ مَرْضَاتِكَ وَ أَسْكِنِّى فِيهِ بُحْبُوحَاتِ جَنَّاتِكَ يَا مُجِيبَ دَعْوَةِ الْمُضْطَرِّينَ.
Allahumməftəh li fihi əbvabə fəzlikə və ənzil ələyyə fihi bərəkatikə və vəffiqni fihi limucibati mərzatikə və əskinni fihi buhbuhati cənnatikə ya mucibə də’vətil-muztərrin!
Allahım, bu ayda fəzl və lütf qapılarını mənim üzümə aç, bərəkətini mənə nazil et, razılığına səbəb olan şeyləri əldə etməyimə kömək ol, məni cənnətlərində yerləşdir, ey sıхıntıda olanların duasını qəbul edən!
İyirmi üçüncü günün duası
اللَّهُمَّ اغْسِلْنِى فِيهِ مِنَ الذُّنُوبِ وَ طَهِّرْنِى فِيهِ مِنَ الْعُيُوبِ وَ امْتَحِنْ قَلْبِى فِيهِ بِتَقْوَى الْقُلُوبِ يَا مُقِيلَ عَثَرَاتِ الْمُذْنِبِينَ.
Allahumməğsilni fihi minəz-zunub və təhhirni fihi minəl-uyub vəmtəhin qəlbi fihi bitəqvəl-qulub ya muqilə əsəratil-muznibin!
Allahım, məni bu ayda günahlardan yu, eyblərdən təmizlə və qəlbimi qəlblərin pəhrizkarlığı ilə imtahan et, ey günah əhlinin büdrəmələrinə göz yuman!
İyirmi dördüncü günün duası
اللَّهُمَّ إِنِّى أَسْأَلُكَ فِيهِ مَا يُرْضِيكَ وَ أَعُوذُ بِكَ مِمَّا يُؤْذِيكَ وَ أَسْأَلُكَ التَّوْفِيقَ فِيهِ لِأَنْ أُطِيعَكَ وَ لا أَعْصِيَكَ يَا جَوَادَ السَّائِلِينَ.
Allahummə əs’əlukə fihi ma yurzikə və əuzu bikə mimma yu’zikə və əs’əlukət-tofiqə fihi li ən utiəkə və la ə’siyəkə ya cəvadəs-sailin!
Allahım, bu ayda Səndən Səni razı salan şeyi istəyirəm, Səni narazı edən şeydən Sənə pənah gətirirəm, bu ayda Səndən mənim Sənə itaət etməyimə və Sənə qarşı çıхmamağıma kömək göstərməyini diləyirəm, ey möhtaclara əta edən!
İyirmi beşinci günün duası
اللَّهُمَّ اجْعَلْنِى فِيهِ مُحِبّا لِأَوْلِيَائِكَ وَ مُعَادِيا لِأَعْدَائِكَ مُسْتَنّا بِسُنَّةِ خَاتَمِ أَنْبِيَائِكَ يَا عَاصِمَ قُلُوبِ النَّبِيِّينَ.
Allahumməc’əlni fihi muhibbən liauliyaikə və muadiyən liə’daikə mustənnən bisunnəti хatəmi ənbiyaikə ya asimə qulubin-nəbiyyin!
Allahım, məni bu ayda Sənin övliyalarını sevən və Sənin düşmənlərinin düşməni et və peyğəmbərlərinin sonuncusunun yol və sünnəsi ilə zinətləndir, ey peyğəmbərlərin qəlblərini qoruyan!
İyirmi altıncı günün duası
اللَّهُمَّ اجْعَلْ سَعْيِى فِيهِ مَشْكُورا وَ ذَنْبِى فِيهِ مَغْفُورا وَ عَمَلِى فِيهِ مَقْبُولا وَ عَيْبِى فِيهِ مَسْتُورا يَا أَسْمَعَ السَّامِعِينَ.
Allahumməc’əl sə’yi fihi məşkurən və zənbi fihi məğfurən və əməli fihi məqbulən və əybi fihi məsturən ya əsməəs-samiin!
Allahım, mənim bu aydakı səyimi qiymətləndirilmiş, günahımı bağışlanmış, əməlimi qəbul edilmiş və eyblərimi örtülmüş et, ey eşidənlərin ən eşidəni!
İyirmi yeddinci günün duası
اللَّهُمَّ ارْزُقْنِى فِيهِ فَضْلَ لَيْلَةِ الْقَدْرِ وَ صَيِّرْ أُمُورِى فِيهِ مِنَ الْعُسْرِ إِلَى الْيُسْرِ وَ اقْبَلْ مَعَاذِيرِى وَ حُطَّ عَنِّىَ الذَّنْبَ وَ الْوِزْرَ يَا رَءُوفا بِعِبَادِهِ الصَّالِحِينَ.
Allahummərzuqni fihi fəzlə ləylətil-qədr və səyyir umuri fihi minəl-usri iləl-yusr vəqbəl məaziri və huttə ənniz-zənbə vəlvizr ya rəufən biibadihis-salihin!
Allahım, bu ayda Qədr gecəsinin fəzilətini mənə nəsib et, işlərimi çətinlikdən asanlığa apar, üzrlərimi qəbul et və boynumdan günahı və ağır yükü tök, ey saleh bəndələrinə mehriban olan!
İyirmi səkkizinci günün duası
اللَّهُمَّ وَفِّرْ حَظِّى فِيهِ مِنَ النَّوَافِلِ وَ أَكْرِمْنِى فِيهِ بِإِحْضَارِ الْمَسَائِلِ وَ قَرِّبْ فِيهِ وَسِيلَتِى إِلَيْكَ مِنْ بَيْنِ
الْوَسَائِلِ يَا مَنْ لا يَشْغَلُهُ إِلْحَاحُ الْمُلِحِّينَ.
Allahummə vəffir həzzi fihi minən-nəvafil və əkrimni fihi biihzaril-məsail və qərrib (fihi) vəsiləti iləykə min bəynil-vəsail ya mən la yəşğəluhu ilhahul-mulihhin.
Allahım, bu ayda mənim müstəhəb əməllərdən olan payımı çoхalt, məni istəkləri gerçəkləşdirməklə əzizlə, vasitələr içərisində Sənə tərəf olan vasitəmi yaхınlaşdır, ey o kəs ki, israr edənlərin israrları Onu digərlərinə nəzər yetirməkdən saхlamır!
İyirmi doqquzuncu günün duası
اللَّهُمَّ غَشِّنِى فِيهِ بِالرَّحْمَةِ وَ ارْزُقْنِى فِيهِ التَّوْفِيقَ وَ الْعِصْمَةَ وَ طَهِّرْ قَلْبِى مِنْ غَيَاهِبِ التُّهَمَةِ يَا رَحِيما بِعِبَادِهِ الْمُؤْمِنِينَ.
Allahummə ğəşşini fihi bir-rəhmə vərzuqni fihit-tofiqə vəl-ismə və təhhir qəlbi min ğəyahibit-tohmə ya rəhimən biibadihil-möminin!
Allahım, məni bu ayda rəhmətinə bürü, mənə müvəffəqiyyət və özünü günahdan qorumaq хisləti ver, qəlbimi töhmət zülmətlərindən təmizlə, ey mömin bəndələrinə rəhimli olan!
Otuzuncu günün duası
اللَّهُمَّ اجْعَلْ صِيَامِى فِيهِ بِالشُّكْرِ وَ الْقَبُولِ عَلَى مَا تَرْضَاهُ وَ يَرْضَاهُ الرَّسُولُ مُحْكَمَةً فُرُوعُهُ بِالْأُصُولِ بِحَقِّ سَيِّدِنَا مُحَمَّدٍ وَ آلِهِ الطَّاهِرِينَ وَ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ
Allahumməc’əl siyami fihi biş-şukri vəl-qəbul əla ma tərzahu və yərzahur-rəsul mohkəmətən furu’uhi bil-usul bihəqqi seyyidina Muhəmmədin və alihit-tahirin vəlhəmdu lillahi Rəbbil-aləmin!
Allahım, mənim bu aydakı orucumu ayinlər üzərində möhkəmlənmiş halda, Sənin bəyəndiyin və Peyğəmbərin razı olduğu bir oruc kimi dəyərləndir və qəbul et, ağamız Məhəmmədə və onun pak əhli-beytinə хatir. Aləmlərin Rəbbi Allaha həmd olsun!
QƏDR GECƏLƏRİN ƏMƏLLƏRİ
Mübarək Ramazan ayının 18-dən 19-a, 20-dən 21-ə, 22-dən 23-ə keçən gecələr Qədr gecələri hesab olunur.
1) Qüsl etmək
Qüslə başlayarkən belə niyyət edilir: “Qədr gecəsinin qüslünü edirəm, qürbətən iləllah”. (“Qürbətən iləllah” Allaha yaxın olmaq üçün onun əmrini yerinə yetirmək deməkdir). Bu qüslün böyük savabı vardır. Bu müstəhəb əməli sübh azanına qədər yerinə yetirmək olar, amma daha yaxşı olar ki, bu qüsl məğrib azanına yaxın verilsin.
2) Əhya saxlamaq
“Əhya saxlamaq” səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq deməkdir. Əhya saxlamağın mənası budur ki, insan o gecə ona nazil olan Quranı qarşılayaraq deyir: “İlahi, Sən bu gecə mənə Quran nazil edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu qarşılayıram”.
3) Məscidə getmək
4) Tövbə etmək
Bu gecənin xüsusi əməllərindən biri də yüz dəfə “Əstəğfirullahə rəbbi və ətubu iləyh” (Ey mənim Allahım, Səndən günahlarımın bağışlanmağını diləyir və tövbə edərək Sənə tərəf qayıdıram) demək və tövbə etməkdir. Bu əməlin mənası budur ki, insan keçmişdə etdiyi günahlardan peşman olub, gələcəkdə islah olacağı barədə Rəbbinə söz verir, “Ey Allahım, bu günə qədər mən səhv yolda olmuşam, lakin bu gündən Sənin bütün əmrlərinə tabe olacaq və bir daha günah etməyəcəyəm”,–deyir. Yaxşı olar ki, o gecə insan Allaha minacat edib belə deyə: “İlahi, bu günə qədər bilmədən günahlar etmişəm, unutqanlıq üzündən Sənin sözündən çıxmışam, mənim dağ boyda olan günahlarımı bağışla. İlahi, Sənin rəhmətin mənim günahlarımdan daha böyükdür. Öz rəhmətinlə mənim günahlarımın üstündən əfv qələmi çək. Ey rəhməti hər şeydən böyük olan Allah, mənim keçmişdə etdiyim günahlarımı bağışla. Mən bu gündən etibarən Sənin bütün buyurduqlarına əməl edəcəyimə söz verirəm”.
5) Quranı qarşılamaq
Həzrət Peyğəmbər (s) Quran barədə bizə belə buyurur: “Quran oxuyun, onun ayələrinə əməl edin və ondan uzaqlaşmayın. Quranın ayələrini öz istədiyiniz kimi yozmayın”.
Quranı baş üzərinə qoyub, Allaha və 14 Məsuma and verməyin mənası budur: “Ey Allahım, mən Sənə və Sənin ən istəkli bəndələrinə and verib tövbə edirəm və Səndən öz istək və ehtiyaclarımı diləyirəm”.
Quranı baş üzərinə qoyub dua etməyin qaydası belədir:
- Bikə, ya Allah! (10 dəfə)
- Bi Muhəmmədin (s)! (10 dəfə)
- Bi Əliyyin (ə)! (10 dəfə)
- Bi Fatimətə (ə)! (10 dəfə)
- Bil-Həsəni (ə)! (10 dəfə)
- Bil-Hüseyni (ə)! (10 dəfə)
- Bi Əliyyibnil-Hüseyn (ə)! (10 dəfə)
- Bi Muhəmməd ibn Əli (ə)! (10 dəfə)
- Bi Cəfər ibn Muhəmməd (ə)! (10 dəfə)
- Bi Musa ibn Cəfər (ə)! (10 dəfə)
- Bi Əliyyibni-Musa (ə)! (10 dəfə)
- Bi Muhəmməd ibn Əli (ə)! (10 dəfə)
- Bi Əliyyibn Muhəmməd (ə)! (10 dəfə)
- Bi Həsən ibn Əli (ə)! (10 dəfə)
- Bil-Höccəti (ə)! (10 dəfə).
Bu mübarək adlara and verən zaman Quran baş üzərinə qoyulur. Andlar qurtardıqdan sonra isə Allahdan günahların bağışlanması və başqa diləklər istənilir.
6) Təvəssül etmək
Bu gecənin əməllərindən biri də Əhli-beytə (ə) təvəssül etmək, yəni o məsum həzrətləri Allahla öz aramızda vasitəçi seçməkdir. Allah-Təala Quranda buyurur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَابْتَغُواْ إِلَيهِ الْوَسِيلَةَ
“Ey iman gətirənlər! Təqvalı olun. Ona (Onun rəhminə və lütfünə qovuşmaq üçün) vəsilə seçib yol axtarın.
Bu ayə bizə bildirir ki, Allahla öz aramızda bir vasitə tapmalıyıq. İnsanın həyatında çox işlər vardır ki, yalnız vəsilə ilə qaydasına düşür. Sadəcə bir misalı nəzərinizə yetirirəm. Məsələn, ata öz uşağını hansısa nalayiq hərəkətinə görə evdən qovur. Həmin uşaq bir müddətdən sonra evə qayıtmaq istəyir. Lakin atası onun evə gəlməsi ilə razılaşmır. Həmin uşaq atasının ən yaxın dostunu və ya adamını tapıb ondan xahiş edir ki, əlindən tutub atasının yanına aparsın. Bilir ki, həmin şəxsin vasitəsilə və onun hörmətinə görə atası onu bağışlayar.
Həzrət Peyğəmbərdən(s) soruşdular: “Ya Rəsulallah, Allahla insanlar arasında ən gözəl vasitələr kimlərdir?” Həzrət Peyğəmbər(s) buyurdu: “Əli, Həsən, Hüseyn və Hüseynin nəslindən olan imamlar. Onlar qırılmayan möhkəm dəstəkdirlər (Ürvətül-vüsqadırlar). Onlar sizinlə Allah arasında vasitədirlər.”
8) Yüz rəkət namaz
Qədr gecəsinə aid olan 100 rükət müstəhəb namaz vardır, sübh namazı kimi iki rükətə bölünərək qılınmalıdır (Qeyd etmək lazımdır ki, boynunda qəza namazı olan şəxs 6 günlük qəza namazlarını da qıla bilər. Bununla da həm 100 rükətli müstəhəb namazın savabını qazanar, həm də 6 günlük qəza namazını qılmış olar).
- Quran oxumaq
Qədr gecəsində ən çox savabı olan əməllərdən biri Quran oxumaqdır. Hədis və rəvayətlərə əsasən Quran oxumağı bacaran hər kəs bu gecə “Ənkəbut”, “Rum” və “Duxan” surələrini oxusa, böyük əcr və savaba nail olar.
10) İmam Əli(ə) və İmam Hüseynin(ə) ziyarəti
Qədr gecəsinin müstəhəb əməllərindən biri də İmam Əli (ə) və İmam Hüseynin (ə) ziyarətidir.
11) Həzrət Əlinin(ə) qatilinə lənət oxumaq
Bu gecənin ibadət və əməllərindən biri də Həzrət Əlinin (ə) qatilinə lənət oxumaqdır. Bunun üçün yüz dəfə “Allahumməl-ən qətələtə Əmirəlmöminin” ─ yəni “İlahi, Əmirəlmöminin Əlinin (ə) qatillərinə lənət et!” demək lazımdır.
12) Salavat zikr etmək
Peyğəmbər(s) və onun Əhli-beytinə(ə) salavat göndərməyin xüsusilə Qədr gecəsində böyük savabı vardır. (Allahummə səlli əla Məhəmmədin və ali Məhəmməd.)
13) Cövşən-kəbir duasını oxumaq
Bu duada Allahın mübarək adları yazılmışdır. Hər kəs Allahın adlarını zikr edib çağırırsa, Allah da həmin şəxsə cavab verir. Bu duanı oxumağın çox böyük savabı vardır.
- “İxlas” surəsini oxumaq
Qədr gecəsində müstəhəb əməllərdən biri də 1000 dəfə “İxlas” surəsini oxumaqdır. Hər kəs bu gecə “İxlas” surəsini oxusa, Allah-təala həmin şəxsə böyük əcr inayət edər.
FİTR BAYRAMI
Fitrə zəkati
Şəvval ayının başladığı dəqiq müəyyən olunduqdan sonra insanın birinci vəzifəsi və görməli olduğu iş fitrə çıxarmaqdır. Bu fitrəyə zəkat deyilir. Hər bir şeyin zəkatı olduğu kimi, insanın bədəninin zəkatı da orucluq qurtardıqdan sonra fitrə verməkdir.
Əbu Bəsir və Zürarə kimi möminlər İmam Sadiqdən (ə) soruşdular: “Ey Allahın höccəti, nəyə görə insan orucluqdan sonra fitrə verir?”
İmam Sadiq(ə) buyurur:
إِنَّ مِنْ تَمامِ الصَّومِ إِعْطاءُ الزَّكاة مَنْ صَامَ وَلَمْ يُؤَدِّ الزَّكَاة فَلا صَوْمَ لَهُ إِذا تَرَكَهَا مُتَعَمِّدًا
“Həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən zəkat verməyi tərk edərsə, oruc tutmayan şəxs kimidir.”
Bayram gecəsinin əməlləri
Yuxarıda qeyd etdiyimiz kimi, bayram gecəsinin yeni ayın başlanğıcına təsadüf etdiyi sübut olunduqdan sonra insanın birinci vacib vəzifəsi fitrə zəkatını ayırmaqdan ibarətdir. Bu, hər bir müsəlman üçün vacibdir. Lakin bayram gecəsi bir neçə əməli yerinə yetirmək insan üçün müstəhəbdir və həmin əməllərin böyük savabı vardır.
Birincisi, bayram gecəsinin qüslünü etməkdir. Bu qüslün vaxtı şam azanının əvvəlindən sübh namazına qədərdir.
Bayram gecəsi insana müstəhəb olan əməllərdən biri də şam azanı veriləndən sonra, şam namazını qılıb qurtaran kimi, aşağıdakı duanı oxumaqdır:
Bir nəfər İmam Sadiqin(ə) hüzuruna gəlib deyir:
– Ey Allahın höccəti, camaatdan belə bir söz eşitmişəm ki, Allah-Təala Öz rəhmət və bağışlamasını mübarək Ramazan ayında oruc tutan şəxslərə Qədr gecəsində nazil edir. Bu doğrudurmu?
İmam Sadiq(ə) buyurur:
– Fəhlə işi görüb qurtardıqdan sonra onun zəhmət haqqını verirlər. Mübarək Ramazan ayının əcrini də Allah-Təala bayram gecəsi verir.
Həmin şəxs deyir:
– Atam-anam sənə fəda olsun, elə isə bayram gecəsi biz hansı işləri görməliyik?
İmam Sadiq (ə) buyurur:
– (Bayram gecəsi) gün qürub edən zaman üç rükət namaz (şam namazını) qıl. Şam namazını qılandan sonra əllərini yuxarı qaldırıb bu duanı oxu:
يَا ذَا الطَّولِ يَا ذَا الْحَولِ يَا مُصْطَفى مُحَمَّدٍ وَ نَاصِرَهُ صَلِّ عَلى مُحَمَّدٍ وَ آلِ مُحَمَّد وَغْفِرْ لِى كُلِّ ذَنْبٍ أَذْنَبْتُهُ وَ نَسِيْتُهُ أَنَا وَ هُوَ عِنْدَكَ فِى كِتَابٍ مُبِينٍ
-Ya zət-təvl, ya zəl-həvl, ya Mustəfa Muhəmmədin və nasirəhu. Səlli əla Muhəmmədin və ali Muhəmməd. Vəğfir li kulli zənbin əznəbtuhu və nəsiytuhu ənə və huvə indəkə fi kitabin mubin.
– Bu duanı oxuduqdan sonra səcdəyə get və səcdə halında yüz dəfə “Ətubu iləllah” de! Bu işləri görəndən sonra Allahdan ehtiyac və istəklərini dilə!
Bayram namazının qılınma qaydası
Fitr bayramının namazı eynilə Qurban bayramının namazı kimidir. İmam Zaman(ə) qeybdə olmadığı dövrdə bu namaz vacibdir və camaatla qılınmalıdır. İmamın(ə) qeybdə olduğu müddətdə isə müstəhəbdir, həm camaatla, həm də fərdi şəkildə qılına bilər.
Fitr və Qurban bayramı namazlarının vaxtı gün çıxan vaxtdan zöhrə qədərdir. Müstəhəbdir ki, insan Fitr bayramı günü gün qalxandan sonra iftar edib fitrə zəkatı versin və ardınca bayram namazı qılsın. Bu namaz iki rükətdir. Birinci rükətdə “Həmd-surə”dən sonra beş dəfə “təkbir” deyilməli və hər “təkbir”dən sonra qunut tutulmalıdır. Beşinci qunutun ardınca deyilən “təkbir”dən sonra rüku və iki səcdəni yerinə yetirib ayağa qalxmaq lazımdır. İkinci rükətdə isə “Həmd-surə”dən sonra dörd dəfə “təkbir” deyilməli, hər “təkbir”dən sonra qunut tutulmalıdır. Beşinci “təkbir”dən sonra rüku və səcdəni yerinə yetirib namazı bitirmək lazımdır.
Bayram namazlarının qunutunda istənilən dua oxunsa, kifayətdir. Lakin daha yaxşı olar ki, aşağıdakı dua oxunsun:
اَللّهُمَّ أَهْلَ الْكِبْرِيَاءِ وَالْعَظَمَةِ وَ أَهْلَ الْجُودِ وَالْجَبَرُوتِ وَأَهْلَ الْعَفْوِ وَالرَّحْمَةِ وَ أَهْلَ التَّقْوى وَ الْمَغْفِرَةِ أَسْئَلُكَ بِحَقِّ هَذا الْيَومِ الَّذِى جَعَلْتَهُ لِلْمُسْلِمِينَ عِيْدًا وَ لِمُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَآلِهِ ذُخْرًا وَشَرَفًا وَ كَرامَةً وَ مَزِيداً أَنْ تُصَلِّىَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تُدْخِلَنِي فِى كُلِّ خَيرٍ أَدخَلتَ فِيهِ مُحَمَّداً وَآلَ مُحَمَّدٍ وَ أَنْ تُخْرِجَنِى مِن كُلِّ سُوءٍ أَخرَجتَ مِنهُ مُحَمَّداً وَآلَ مُحَمَّدٍ صَلَواَتُكَ عَلَيهِ وَ عَلَيهِم اَللَّهُمَّ اِنِّى أَسْاَلُكَ خَيرَ ماَ سَاَلَكَ بِهِ عِباَدُكَ الصَّالِحُونَ وَ أَعُوذُ بِكَ مِمَّااستَعاَذَ مِنهُ عِباَدُكَ الْمُخْلَصُونَ
-Əllahummə əhləl kibriyai vəl-əzəməh, və əhləl cudi vəl-cəbərut və əhləl-əfvi vər-rəhməh, və əhlət-təqva vəl-məğfirəh. Əsəlukə bihəqqi hazəl-yəvm. Əlləzi cəəltəhu lilmusliminə iyda. Və limuhəmmədin səlləllahu ələyhi və alih. Zuxrən və şərəfən və kəramətən və məzida. Ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təcələni fi kulli xəyrin ədxəltə fiyhi Muhəmmədən və alə Muhəmməd, sələvatukə ələyhi və ələyhim. Əllahummə inni əsəlukə xəyrə ma səələkə bihi ibadukəs-Salihun, və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun.
Fitr və Qurban bayramı namazlarında qiraətin (“Həmd-surə”) ucadan oxunması müstəhəbdir.
Bayram namazının özünəməxsus surəsi yoxdur, amma daha yaxşı olar ki, birinci rükətdə “Şəms”, ikinci rükətdə isə “Ğaşiyə” surələri, yaxud birinci rükətdə “Əla”, ikinci rükətdə isə “Şəms” surələri oxunsun.
Allah-Təala müsəlmanların izzət və ehtiramını onlardan almasın və bütün müsəlmanları daha da əziz etsin!
Allah-Təala bütün müsəlmanların qəlbini Quranın nuru ilə işıqlandırsın!
Allah-Təala bizləri Peyğəmbərin (s) tapşırdığı əmanətlərdən (Quran və Əhli-beytdən) ayırmasın!
Allah-Təala Öz rəhmət və bərəkətini bizlərə nəsib etsin və bizi bu bayramın feyzindən binəsib etməsin!
Allah-Təala gələn bayrama qədər bütün müsəlmanların və möminlərin çətinliklərini həll etsin! İnşallah.