Bazar 20 Oktyabr 2019

Bazar 20 Oktyabr 2019

ZİL-QƏDƏ AYININ ƏMƏLLƏRİ

2019 Monday 5 August 76 Baxiş Çap

Zil-qədə ayı Allahın haram buyurduğu dörd aydan biridir. Seyid ibn Tavus nəql edir ki, Zil-qədə ayı çətinliklər zamanı duaların qəbul olduğu bir aydır. Peyğəmbərdən (s) bu ayın bazar gününə məxsus çox fəzilətli bir namaz nəql olunmuşdur ki, onun qılınma qaydası belədir: “Bazar günü qüsl etdikdən və dəstəmaz aldıqdan sonra dörd rükət – hər rükətdə “Həmd”dən sonra üç dəfə “İxlas”, “Fələq” və “Nas” surələrini oxuyaraq namaz qılınır. Sonra yetmiş dəfə istiğfar (tövbə) edib, istiğfarı “La həvla və la quvvətə illa billahil əliyyil əzim”lə sona yetirilir. Sonra bu zikr deyilir:

يَا عَزِيزُ يَا غَفَّارُ اغْفِرْ لِي ذُنُوبِي وَ ذُنُوبَ جَمِيعِ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ فَاِنَّهُ لا يَغْفِرُ الذُّنُوبَ إِلا أَنْتَ

Ya əzizu ya ğəffaruğfir li zunubi, və zunubə cəmiil mu`­mi­ninə vəl mu`minat, fə­innəhu la yəğfiruz zunubə illa ənt – Ey əziz, ey bağışlayan, mənim günahlarımı və bütün mömin kişi və qadınların günahlarını bağışla! Çünki günahları Səndən başqası bağışlamaz.

Şeyx Abbas Qummi “Məfatihul-cinan” kitabında yazır ki, hər kim haram ayların birində üç gün ardıcıl olaraq həmin ayın 4-cü, 5-ci və 6-cı günlərini oruc tutsa, ona doqquz yüz ilin ibadətinin savabı verilər.

Zil-qədə ayının 1-ci günü imam Kazimin (ə) qızı həzrət Məsumənin (s.ə.) doğum günü olduğundan, həmin gün o xanımı ziyarət etmək (yaxından və yaxud uzaqdan) müstəhəbdir.

Zil-qədə ayının 15-ci gününün gecəsi:

Çox bərəkətli gecədir. Allah öz mömin bəndələrinə rəhmət gözü ilə baxar. Həmin gecəni ibadət və raz-niyazla keçirən şəxs üçün yüz nəfər əməlisaleh bəndənin savabı yazılar. Peyğəmbərdən (s) nəql olunan bir hədisdə deyilir ki, həmin gecəni qənimət bilin, ibadət-itaətlə, namaz qılmaq və dua etməklə məşğul olun. Başqa bir rəvayətdə təkidlə deyilir ki, həmin gün istəklərinizi dilə gətirin və Allahdan diləyin.

Zil-qədə ayının 23-cü günü:

Bir rəvayətə görə, imam Rzanın (ə) şəhadət günü 203-cü ilin Zil-qədə ayının 23-cü gününə təsadüf etdiyindən, o həzrəti uzaqdan və yaxından ziyarət etmək müstəhəbdir.

Zil-qədə ayının 25-ci günü – “Dəhvul-ərz” günü

“Dəhvul-ərz” günü dedikdə, yerin Kəbə evinin altından genişlənməsi nəzərdə tutulur. Çox şərafətli günlərdən biridir. Həmin gün ilahi rəhmətin yer üzünə nazil olduğu gündür və ibadətlə məşğul olmağın böyük savabı vardır. Bir rəvayətdə Həsən ibn Əli Vəşşa belə deyir: “Zil-qədə ayının 25-ci günü mən uşaq ikən atamla birgə imam Rzanın (ə) hüzurunda şam yeyirdik. İmam buyurdu: “Bu gün İbrahim və İsa peyğəmbər anadan olmuşlar. Yer Kəbə evinin altından genişlənmişdir. O gün hər kəs oruc tutsa, orucu altmış ayın orucuna bərabər olar.” “Dəhvul-ərz” günü ilin orucunun ən çox savabı olan dörd günündən biridir. Bir rəvayətə görə, orucu yetmiş ilin orucuna bərabərdir. Başqa rəvayətə görə, yetmiş ilin kəffarəsidir. Hər kəs gündüzünü oruc tutub gecəsini ibadətlə başa vursa, onun üçün yüz ilin ibadəti yazılar. Həmin gün üçün verilən əməllərlə yanaşı, digər iki əməl də göstərilmişdir:

1. İki rükət namaz qılmaq; bu namaz günortaya azca qalmış qılınır və hr rükətdə “Həmd” surəsini dedikdən sonra beş dəfə “Şəms” surəsi və salamdan sonra isə aşağıdakı zikr deyilir:

لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ

“La həvlə və la quvvətə illa billahil əliyyil əzim – Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur!”

Dua etdikdən sonra belə deyilir:

يَا مُقِيلَ الْعَثَرَاتِ أَقِلْنِي عَثْرَتِي يَا مُجِيبَ الدَّعَوَاتِ أَجِبْ دَعْوَتِي يَا سَامِعَ الْأَصْوَاتِ اسْمَعْ صَوْتِي وَ ارْحَمْنِي وَ تَجَاوَزْ عَنْ سَيِّئَاتِي وَ مَا عِنْدِي يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ

Duanın oxunuşu: Ya muqiləl əsərat, əqil­ni əsrəti, ya mucibəd-dəə­va­t, əcib də`vəti, ya samiəl əsvat, ismə` səvti, vər­həm­ni və təcavəz ən səyyiati, və ma indi ya zəl cəlali vəl ikram.

Duanın tərcüməsi: Ey xətalardan keçən, mənim xətalarımdan keç! Ey duaları qəbul edən, duamı qəbul et! Ey səsləri eşidən, səsimi eşit, mənə rəhm et, pisliklərimi bağışla, ey əzəmət və ehsan sahibi!

2. “Dəhvül-ərz” duasını oxumaq:

اللَّهُمَّ دَاحِيَ الْكَعْبَةِ وَ فَالِقَ الْحَبَّةِ وَ صَارِفَ اللَّزْبَةِ وَ كَاشِفَ كُلِّ كُرْبَةٍ أَسْأَلُكَ فِي هَذَا الْيَوْمِ مِنْ أَيَّامِكَ الَّتِي أَعْظَمْتَ حَقَّهَا وَ أَقْدَمْتَ سَبْقَهَا وَ جَعَلْتَهَا عِنْدَ الْمُؤْمِنِينَ وَدِيعَةً وَ إِلَيْكَ ذَرِيعَةً وَ بِرَحْمَتِكَ الْوَسِيعَةِ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ عَبْدِكَ الْمُنْتَجَبِ فِي الْمِيثَاقِ الْقَرِيبِ يَوْمَ التَّلاقِ فَاتِقِ كُلِّ رَتْقٍ وَ دَاعٍ إِلَى كُلِّ حَقٍّ وَ عَلَى أَهْلِ بَيْتِهِ الْأَطْهَارِ الْهُدَاةِ الْمَنَارِ دَعَائِمِ الْجَبَّارِ وَ وُلاةِ الْجَنَّةِ وَ النَّارِ وَ أَعْطِنَا فِي يَوْمِنَا هَذَا مِنْ عَطَائِكَ الْمَخْزُونِ غَيْرَ مَقْطُوعٍ وَ لا مَمْنُوعٍ [مَمْنُونٍ‏] تَجْمَعُ لَنَا بِهِ التَّوْبَةَ وَ حُسْنَ الْأَوْبَةِ يَا خَيْرَ مَدْعُوٍّ وَ أَكْرَمَ مَرْجُوٍّ يَا كَفِيُّ يَا وَفِيُّ يَا مَنْ لُطْفُهُ خَفِيٌّ الْطُفْ لِي بِلُطْفِكَ وَ أَسْعِدْنِي بِعَفْوِكَ وَ أَيِّدْنِي بِنَصْرِكَ وَ لا تُنْسِنِي كَرِيمَ ذِكْرِكَ بِوُلاةِ أَمْرِكَ وَ حَفَظَةِ سِرِّكَ وَ احْفَظْنِي مِنْ شَوَائِبِ الدَّهْرِ إِلَى يَوْمِ الْحَشْرِ وَ النَّشْرِ وَ أَشْهِدْنِي أَوْلِيَاءَكَ عِنْدَ خُرُوجِ نَفْسِي وَ حُلُولِ رَمْسِي وَ انْقِطَاعِ عَمَلِي وَ انْقِضَاءِ أَجَلِي اللَّهُمَّ وَ اذْكُرْنِي عَلَى طُولِ الْبِلَى إِذَا حَلَلْتُ بَيْنَ أَطْبَاقِ الثَّرَى وَ نَسِيَنِيَ النَّاسُونَ مِنَ الْوَرَى وَ أَحْلِلْنِي دَارَ الْمُقَامَةِ وَ بَوِّئْنِي مَنْزِلَ الْكَرَامَةِ وَ اجْعَلْنِي مِنْ مُرَافِقِي أَوْلِيَائِكَ وَ أَهْلِ اجْتِبَائِكَ وَ اصْطِفَائِكَ وَ بَارِكْ لِي فِي لِقَائِكَ وَ ارْزُقْنِي حُسْنَ الْعَمَلِ قَبْلَ حُلُولِ الْأَجَلِ بَرِيئا مِنَ الزَّلَلِ وَ سُوءِ الْخَطَلِ اللَّهُمَّ وَ أَوْرِدْنِي حَوْضَ نَبِيِّكَ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ اسْقِنِي مِنْهُ مَشْرَبا رَوِيّا سَائِغا هَنِيئا لا أَظْمَأُ بَعْدَهُ وَ لا أُحَلَّأُ وِرْدَهُ وَ لا عَنْهُ أُذَادُ وَ اجْعَلْهُ لِي خَيْرَ زَادٍ وَ أَوْفَى مِيعَادٍ يَوْمَ يَقُومُ الْأَشْهَادُ اللَّهُمَّ وَ الْعَنْ جَبَابِرَةَ الْأَوَّلِينَ وَ الْآخِرِينَ وَ بِحُقُوقِ [لِحُقُوقِ‏] أَوْلِيَائِكَ الْمُسْتَأْثِرِينَ اللَّهُمَّ وَ اقْصِمْ دَعَائِمَهُمْ وَ أَهْلِكْ أَشْيَاعَهُمْ وَ عَامِلَهُمْ وَ عَجِّلْ مَهَالِكَهُمْ وَ اسْلُبْهُمْ مَمَالِكَهُمْ وَ ضَيِّقْ عَلَيْهِمْ مَسَالِكَهُمْ وَ الْعَنْ مُسَاهِمَهُمْ وَ مُشَارِكَهُمْ اللَّهُمَّ وَ عَجِّلْ فَرَجَ أَوْلِيَائِكَ وَ ارْدُدْ عَلَيْهِمْ مَظَالِمَهُمْ وَ أَظْهِرْ بِالْحَقِّ قَائِمَهُمْ وَ اجْعَلْهُ لِدِينِكَ مُنْتَصِرا وَ بِأَمْرِكَ فِي أَعْدَائِكَ مُؤْتَمِرا اللَّهُمَّ احْفُفْهُ بِمَلائِكَةِ النَّصْرِ وَ بِمَا أَلْقَيْتَ إِلَيْهِ مِنَ الْأَمْرِ فِي لَيْلَةِ الْقَدْرِ مُنْتَقِما لَكَ حَتَّى تَرْضَى وَ يَعُودَ دِينُكَ بِهِ وَ عَلَى يَدَيْهِ جَدِيدا غَضّا وَ يَمْحَضَ الْحَقَّ مَحْضا وَ يَرْفِضَ الْبَاطِلَ رَفْضا اللَّهُمَّ صَلِّ عَلَيْهِ وَ عَلَى جَمِيعِ آبَائِهِ وَ اجْعَلْنَا مِنْ صَحْبِهِ وَ أُسْرَتِهِ وَ ابْعَثْنَا فِي كَرَّتِهِ حَتَّى نَكُونَ فِي زَمَانِهِ مِنْ أَعْوَانِهِ اللَّهُمَّ أَدْرِكْ بِنَا قِيَامَهُ وَ أَشْهِدْنَا أَيَّامَهُ وَ صَلِّ عَلَيْهِ [عَلَى مُحَمَّدٍ] وَ ارْدُدْ إِلَيْنَا سَلامَهُ وَ السَّلامُ عَلَيْهِ [عَلَيْهِمْ‏] وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ

Duanın oxunuşu: Əllahummə dahiyəl Kə`bə­ti və faliqəl həbbəh, və sa­ri­fəl ləzbəti və kaşifə kulli kurbəh, əs`əlukə fi hazəl yəvmi min əyyamikəl­ləti ə`zəmtə həqqəha və əq­dəm­tə səbqəha, və cəəl­təha indəl mu`mininə vədiəh, və iləykə zəriətən və birəh­mətikəl vəsiəh, ən tusəlliyə əla Muhəmmədin əbdikəl mun­təcəb, fil misaqil qəri­bi yəvmət təlaq, fatiqi kul­li rətqin və dain ila kulli həqq, və əla əhli bəytihil ətharil hudatil mənar, dəa­yimil cəbbari və vulatil cənnəti vən nar, və ə`tina fi yəv­mina haza min əta­ikəl məxzun, ğəyrə məqtuin və la məmnu` (məmnun), təcməu ləna bihit təvbətə və husnəl əvbəh, ya xəyrə məd`­uvvin və əkrəmə mərcuvv, ya kəfiyyu ya vəyiyy, ya mən lutfuhu xəfiyy, ultuf li bilutfikə və əs`idni biəf­vik, və əyyidni binəsrik, və la tunsini kərimə zikrikə bivulati əmrik, və həfəzəti sirrik, vəhfizni min şəva­ibid dəhri ila yəvmil həş­ri vən nəşr, və əşhidni əvliyaəkə ində xuruci nəfsi və hululi rəmsi, vənqitai əməli vənqizai əcəli. Əlla­hummə vəzkurni əla tulil bila iza hələltu bəynə ət­ba­­qis səra, və nəsiyənin na­sunə minəl vəra, və əhlilni da­rəl muqaməh, və bəvvi`ni mən­ziləl kəraməh, vəc`əlni min mura­fiqi əvliyaik, və əh­lictibaikə vəstifaik, və barik li fi liqaik, vər­zuqni husnil əməli qəblə hululil əcəl, bəriyyən mi­nəz zələli və suil xətəl. Əlla­hum­mə və əvridni həvzə nə­biy­yikə Muhəmməd, səlləl­lahu ələyhi və alih, vəsqini minhu məşrə­bən rəviyya, sa­i­ğən hə­niy­yən la əzməu bə`dəhu və la uhəlləlu vir­dəh, və la ənhu uzadu vəc`­əlhu li xəyrə zad, və əvfa miadin yəvmə yəqumul əşhad. Əllahummə vəl`ən cə­ba­bi­rə­təl əvvəlinə vəl axirin, və bihuquqi (lihu­quqi) əvliya­ikəl mustə`si­rin. Əllahum­mə vəq­sim dəai­mə­hum və əhlik əşya­ə­hum və ami­lə­hum, və əccil mə­hali­kə­hum vəslubhum məmali­kə­hum, və zəyyiq ələyhim məsa­li­kəhum, vəl`ən məsa­hi­mə­hum və muşa­rikəhum. Əllahummə və əccil fərəcə əvliyaik, vərdud ələyhim məzaliməhum, və əzhir bil həqqi qaiməhum, vəc`əlhu lidini­kə muntəsira, və biəmrikə fi ə`daikə mu`təmira. Əlla­humməhfufhu bimə­lai­kə­tin nəsr, və bima əlqəytə iləyhi minəl əmri fi ləylətil qədr, mun­təqimən ləkə hətta tərza, və yəudə dinukə bihi və əla yədəyhi cədidən ğəzza, və yəm­hə­zəl həqqə məhza, və yərfuzəl batilə rəfza. Əlla­hummə səlli ələyhi və əla cəmii abaih, vəc`­əl­na min səhbihi və usrətih, vəb`­əsna fi kərrətihi hətta nə­ku­nə fi zəmanihi min ə`vanih. Əllahummə ədrik bina qiya­məhu və əşhidna əyyaməh, və səlli ələyh (əla Muhəm­məd), vərdud iləyna səlaməh, vəssə­la­mu ələyhi (ələyhim) və rəh­mətullahi və bərəka­tuh.

Duanın tərcüməsi: İlahi, ey Kəbənin ərazisini genişləndirən, toxumu yaran, çətinlikləri uzaqlaşdıran, bütün bəla və qəm-kədəri aradan qaldıran! Haqqını böyük, özünü şərəf baxımından digər günlərdən üstün və onu iman gətirənlər üçün Sənə doğru bir vasitə etdiyin və ixtiyarlarında qoyduğun bu gündə Sənə geniş rəhmətini and verir və Səndən saleh və nəcib bəndən, onun vasitəsilə (Səninlə) görüş günü və verdiyin vədinin yaxın olduğunu bildirdiyin, bağlı olanları açdığın, məxluqatı tamamilə haqqa dəvət edən Mühəmmədə və onun pak, parlaq hidayət çırağı və Allaha doğru hidayətin təməli, cənnət və cəhənnəm üzərinə hakimiyyətə malik olan Əhli-beytinə salam göndərməyini, bu gündə bizə kəsilməyən və qadağan olmayan dəyərli nemətlərini bəxş etməyini və bunlara Sənə doğru gözəl bir dönüş və tövbə ilə qayıtmağı da əlavə etməyini istəyirəm! Ey çağrılanların ən xeyirlisi, ey ümid edilənlərin ən kəramətlisi, ey məxluqatın işlərində yetərli olan, ey vəfadar, ey lütf və mərhəməti gizli, lütfünə xatir mənə lütf et, bağışlamağınla məni səadətə çatdır, yardımınla məni təsdiqlə, sirlərinə gözətçi və əmr sahibləri vasitəsilə səni şərəflə yad etməyi mənə unutdurma, ruzigarın aludəlikləri və şübhəli şeylərindən məni qiyamətə və yenidən dirildiləcəyim günə qədər qoru, ruhumun bədəndən çıxdığı, əcəl yetişdiyi, əməllərim bitdiyi və ömrüm sona çatdığı zaman dostlar və övliyalarını başım üzərində hazır et! İlahi, torpağın altında qaldığım uzun müddətdə və bütün kəslərin məni unutduğu zaman Sən məni xatırla, məni əbədi iqamətgaha daxil et, mənə o mənzildə izzət və kəramət ver, məni dostların, xas bəndələrin və seçdiklərinin kənarında yerləşdir, Səninlə görüşü mənə bərəkətli et və əcəl yetişməzdən öncə, xəta və eyiblərdən uzaq olan yaxşı əməlləri mənə nəsib et! İlahi, məni Mühəmmədin (Allahın salamı olsun ona və Əhli-beytinə) hovuzuna daxil et və ondakı (pak və) ləzzətli şərablarla onu içdikdən sonra, bir daha susuz olmayacağım və ona daxil olduqdan sonra bir daha oradan çıxarılmayacağım qədər sirab et və şahidlər şəhadət vermək üçün qalxdıqda, onu mənim üçün ən xeyirli azuqə və mənzilə çevir! İlahi, zülm edənlərə – onların birincisindən sonuncusuna qədər və övliyalarının haqqını qəsb edənlərə lənət göndər! İlahi, onların zülm və ədalətsizlik bünövrəsini təməlindən sarsıt, onlara şərik olan və yardım edənləri məhv et və tez bir zamanda həlakətə çatdır, hakim olduqları ölkələri (müstəmləkələrini) onlardan al və çıxış (qurtuluş) yollarını bağla, mənfəətlərində onlarla şərik olanlara lənət et! İlahi, Öz dost və övliyalarını tezliklə qurtuluşa çatdır və haqlarını onlara qaytar! Qaim-Höccətini (imam Mehdi) zahir et, onu dininə köməkçi və əmrinlə düşmənlərinə qalib et, ona düşmənlərindən intiqam almaq və zəifləyən dinin yenidən onun ixtiyarında olması və razı olmağın, dininin kamil şəkildə saflaşması, batilin tamamilə aradan qalxması üçün mələk qoşunu və “Qədr” gecəsində nazil etdiyin hökmünlə yardım et! İlahi, ona və onun əcdadına salam yetir, bizi onun səhabə və qoşununda olanlardan təyin et, onun “rəcət”i və hakimiyyəti zamanı bizi ona yardımçı olmaq üçün yenidən dirilt! İlahi, bizə onun qiyamını dərk etmək və zühurunu müşahidə etməyi nəsib et və ona salam yetir! Onun salamını bizə çatdır. Salam olsun ona (və onlara)! Ona Allahın salamı, rəhmət və bərəkətləri olsun!

Zil-qədə ayının son günü:

Məşhur nəzərə görə, 220-ci ilin Zil-qədə ayının son günü imam Mühəmməd Təqinin (ə) Bağdad şəhərində Abbasi xəlifəsi Mötəsimin vasitəsilə zəhərlənib şəhadətə yetdiyi günə təsadüf etdiyindən, o həzrəti uzaqdan və yaxından ziyarət etmək müstəhəbdir. (Mənbə: “Məfatihul-cinan”, Şüyx Abbas Qummi, “Zil-qədə ayının əməlləri” bölümü.)

Şərhlər

Bu yazı üçün şərh bağlandı.
.Birinci nəfər olun ki şərh yazisiz

adver2

Dini münasibətlər

30 October Üçüncü ay [1 Rəbiüləvvəl]
29 October İmam Rza (ə) şəhadəti [29 sıfır]
27 October Həzrət Məhəmməd Müstafa (s.ə) vəfati - Imam Həsən (ə) şəhadəti [27 sıfır]
19 October İmam Hüseyn (ə) Ərbəini [19 sıfır]
6 October Imam Həsən (ə) şəhadəti - sünnə əhlinin rəvayətlərinə [6 sıfır]

Namaz vəxti

Sübh azanı 05:36
Gün çıxır 06:56
Zöhr azanı 12:25
Gün batır 17:54
Məğrib azanı 18:08
Gecə yarısı 23:04

Höccətülislam vəlmüslimin Seyid Əliəkbər Ocaqnejad
Rəsmi internet saytı 
© 2016 Müəllif hüquqları qorunur
Materialdan istifadə edərkən
WWW.OCAQNEJAD.NET 
saytına istinad zəruridir
Designed by