Çərşənbə 16 Oktyabr 2019

Çərşənbə 16 Oktyabr 2019

ƏBƏDİ İNSANA İLAHİ MOİZƏ

2019 Tuesday 25 June 54 Baxiş Çap

Bəxtin əlindən istəsəm şevkani elan eylərəm,
Ah (Ay) ilə fəryad edib (eyləyib), dad ilə əfğan eylərəm.

Qəsdim budur ixlasilə mübhəmləri izah edim,
Fikr eyləmə bu şərh ilə nemətdə küfran eylərəm.

Etmə təəccüb, qoy sənə dünyanı tosif eyləyim,
Vəsf eyləsəm dünyanı bu cəmi pərişan eylərəm.

Yaz, ay qələm səy eylə çox mətləb kənarə düşməsin,
Rəbbim də lütf eylər sözü sürətlə payan eylərəm.

Ya əyyuhəl insan! Bu gün dünya əkindir sizlərə,
Siz haqq ilə olsaz, sizə dünyanı ehsan eylərəm.

Bir (Bu) göz vurub tez, Alladan dünya sizi aldatmasın, ayırmasın
Mən min cürə nemətləri vaxtında ərzan eylərəm.

Şəhvət binasın siz həmi nəfsin rizasın tərk edin,
Yalnız bu yoldandır iki dünyayə sultan eylərəm.

Sən bax kəmale eşqilə, irfanilə haqq mülkünə,
Gör qəlbüvü Beyti-Xodavo Ərşe-Rəhman eylərəm.

Çün mədəne hobbo ədəb, irfandı hər qəlbin yeri,
Eşqo səfa ilə dola hər qəlbi suzan eylərəm.

Çox etmə arayeş, özün zahirdə təzyin eyləmə,
Təzviro neyrəng əhlini Min şirkə qurban eylərəm.

“Fiddərke əfsəl”dir məkan hər bir müzəvvir şəxs üçün
Mən həm də ki, bu firqəyə dünyanı niyran eylərəm.

Siz əlləşin, batinləri islah edin zahir kimi,
Yoxsa sizə zahirləri batinlə yeksan eylərəm.

Qafil misali yatmayın, xabe gerandan əl çəkin,
Məmuri mövt ilə sizi, birdən hərasan eylərəm.

Göz aləme nasutidən ört, aləme mənayə bax,
Məna görən insanları vaqedə insan eylərəm.

Pako münəzzəh qəlblər açsa bəsirət gözlərin,
Nazir onu batinlərə ya Ərşe-Rəhman eylərəm.

Varlığın Həstisini kim bəzl edə Allah yolunda sidq ilə
Verrəm əvəz izzət ona, məhbube dövran eylərəm.

Əmalini ixlas ilə zinət verən aşiqləri,
Eşqində sabit eyləyib vasil be irfan eylərəm.

Hər məqtəe nəcdeynidə ilham ilə yol göstərib,
Ollam Özüm ustad ona, təfsire Quran eylərəm.

Hər qəlbi zikrullah ilə görsəm səlimo mütməin,
Dünyanı da, üqbanı da bahəm toəm gülüstan eylərəm.

“Qalu-Bəla” peymanını siqd ilə ifa eyləyin,
Rəhmət ilə yövmül-həşridə icraye peyman eylərəm.

Siz “vəlləzinə cahədu fina”nı imza eyləyin,
Mən də ağır zəhmətləri, məhşərdə cübran eylərəm.

Kim “əl-bəlau lil-vila” fərmanına təmkin edə,
Ruhun fəraxo həmrəhe xətme rəsulan eylərəm.

Fele “təhəccəd” əmridir “İsra”da, kim etsə əməl,
Verrəm cəla rüxsarinə, çün mahe taban eylərəm.

Hər kəs “ələykə bil xuşu” fərmanın icra eyləsə,
Ollam ona talib, onu didarə ətşan eylərəm.

İman yolunda gər biri dünya səlahın tərk edə,
Həm dino həm dünyasını abado ümran eylərəm.

Dünya “dəni”dən ayrılıb, ədnalərin məşuqudur,
Aşiq olan ədnaləri məhkume hicran eylərəm.

Seyyid, əgər dünyaya sən imanı qurban eyləsən,
Zeyqe cəhanə mübtəla üqbadə xizlan eylərəm.

Şərhlər

Bu yazı üçün şərh bağlandı.
.Birinci nəfər olun ki şərh yazisiz

adver2

Dini münasibətlər

30 October Üçüncü ay [1 Rəbiüləvvəl]
29 October İmam Rza (ə) şəhadəti [29 sıfır]
27 October Həzrət Məhəmməd Müstafa (s.ə) vəfati - Imam Həsən (ə) şəhadəti [27 sıfır]
19 October İmam Hüseyn (ə) Ərbəini [19 sıfır]
6 October Imam Həsən (ə) şəhadəti - sünnə əhlinin rəvayətlərinə [6 sıfır]

Namaz vəxti

Sübh azanı 05:32
Gün çıxır 06:52
Zöhr azanı 12:26
Gün batır 18:00
Məğrib azanı 18:14
Gecə yarısı 23:05

Höccətülislam vəlmüslimin Seyid Əliəkbər Ocaqnejad
Rəsmi internet saytı 
© 2016 Müəllif hüquqları qorunur
Materialdan istifadə edərkən
WWW.OCAQNEJAD.NET 
saytına istinad zəruridir
Designed by