Cümə axşamı 4 İyun 2020

Cümə axşamı 4 İyun 2020

ƏTŞAN TİFİLLƏRİN FƏZİLƏTLƏRİ

2019 Tuesday 25 June 327 Baxiş Çap

O dəm ki, bağladılar Əhlibeytə abi-Fəratı,
Şəfaət aləminin də açıldı babi-nicatı.

Susuz dodağilə ol şahzadə xırda uşaqlar,
Dua edəndə nəvayə gətirdilər salavatı.

Olar su içmiş idi cami-nuri-Həzrəti-Həqdən,
Kiçik görürdülər nəhri-Fəratı abi-həyatı.

Səlato zikridi, yer əhlini səmayə ucaldan,
Olar səmalara salmışdı soti-zikro salatı.

Bədən həyatına etməzdi etina o uşaqlar,
Səbəb bilirdilər onlar, vüsali-həqqə məmatı.

Yəqin ki Həzrəti-Sübhan kəramətindən alınmış,
O əhli-feyzo kəramətlərin bərəkatı.

Dedim: Nədir səni heyran edib bu tərzilə Seyyid,
Dedi: O tiflilərin iqtidaro-səbro-sübatı.

Şərhlər

Bu yazı üçün şərh bağlandı.
Birinci nəfər olun ki şərh yazisiz.

adver2

Dini münasibətlər

Namaz vəxti

Sübh azanı 03:27
Gün çıxır 05:11
Zöhr azanı 12:39
Gün batır 20:07
Məğrib azanı 20:23
Gecə yarısı 23:06

Höccətülislam vəlmüslimin Seyid Əliəkbər Ocaqnejad
Rəsmi internet saytı 
© 2016 Müəllif hüquqları qorunur
Materialdan istifadə edərkən
WWW.OCAQNEJAD.NET 
saytına istinad zəruridir
Designed by