Şənbə 14 Dekabr 2019

Şənbə 14 Dekabr 2019

AŞURA

2019 Monday 24 June 128 Baxiş Çap

Qeyrəto hikmətin boğazından ,
Göylərə qalxan haydı Aşura.
Min müqəddəs aya bərabərdir,
Min ilə denən taydı Aşura.
Gecənin fəzli, gündüzün nuru,
Həm Günəş, həm də Aydı Aşura,
Aşiqə həm ürəkdi həm candı.

Qonaq idi Məhərrəmin onuna,
Yüz min Allah rəsulu meydanda,
Süfrə açmışdı bir yaralı Günəş,
Boğazından axan qızıl qanda,
Göyün ulduzları deyib “Ləbbeyk”,
Ayələr səslənərdi Quranda,
Vəsf edərdi imami-ətşanı.

Gördü qan lazım olmuş imana,
Dedi Mövla, bu baş, bu sinə, bu qan,
Baş nədir, can nədir, həyat nədir?
Hər üçü dini-Əhmədə qurban,
Mən dirildəm gərəkdir ədli bu gün,
Bidəti, zilləti salam candan,
Dolduram izzətilə dünyanı.

Mən gərək aləmə əyan eyləyəm,
Ki Rəsuli-mubindir Aşura.
Öyrədir insana şərəf dərsin,
Məktəbi-şər’o dindir Aşura.
Göstərib aləmə Hüseyn eşqin,
Çün beheşti-bərindir Aşura,
Mə’ni etmiş səfayi-Sübhanı.

Kərbəlanı dikəldib Aşura
Kərbəla asimanə naz eylər,
Kərbəlayə təvəssül eyləsə xəlq,
Kərbəla xəlqə kəşf raz eylər,
Kərbəladən nələr yazım Seyyid,
Vəsfi-həqqi necə məcaz eylər,
Necə tərif edim o mənanı.

Şərhlər

Bu yazı üçün şərh bağlandı.
.Birinci nəfər olun ki şərh yazisiz

adver2

Dini münasibətlər

28 December Beşinci ay [1 Cəmadiyələvvəl]
25 December Həzrət Isa məsih (ə) ın mövludu [27 Rəbiülaxır]
5 December Imam Həsən Әskəri (ə) ın mövludu [7 Rəbiülaxır]

Namaz vəxti

Sübh azanı 06:28
Gün çıxır 07:55
Zöhr azanı 12:35
Gün batır 17:15
Məğrib azanı 17:31
Gecə yarısı 23:11

Höccətülislam vəlmüslimin Seyid Əliəkbər Ocaqnejad
Rəsmi internet saytı 
© 2016 Müəllif hüquqları qorunur
Materialdan istifadə edərkən
WWW.OCAQNEJAD.NET 
saytına istinad zəruridir
Designed by