Qiyamət eylədi, qeyrət qiyamı Bəhmən ayında,
Ucaldı göylərə din ehtiramı Bəhmən ayında.
Şərəfli ümməti həq söz deyən dodaqlara xatir,
Himayət eylədi Quran kəlamı Bəhmən ayında.
Qanın halal eləyib inqilabə əhli-diyanət,
Ki, rüsvay eləsin əhli-haramı Bəhmən ayında.
Deyilsə, Bəhmənə Allah ayı əgər, yeri vardır,
Ki, bəhrə verdi Hüseynin məramı Bəhmən ayında.
Şəhidlərin qanına Cəbrəil qoyanmadı qiymət,
Yetişdi onlara Allah salamı Bəhmən ayında.
Qutardı fəsli-küdurət, yetib işıqlığa növbət,
Ziyarət eylədi ümmət İmamı Bəhmən ayında.
Mahaldı sədmə dənilər vura bu məqsədə Seyyid,
Ki, imzalandı bu dinin davamı Bəhmən ayında.