Verildi ərşə diyanət livasi bəhmən ayında
Nəticə vedi imamət nidasi bəhmən ayında
Əməlsiz olsa ibadət nəticəbəxş olmaz
Tanındı əmri ibadi siyasi bəhmən ayında
Dübarə saldı ədalət, səmayə nuro ziyasın
Yıxıldı torpağa zülmün binasi bəhmən ayında
Açıldı bağe şəhadətdə, mənəvi təzə güllər
Yayıldı İyrana cənnət səfası bəhmən ayında
Alıbdı ümmətü aşiq, İmamın ətre vücudun
Qəbulə çatdı ürəklər duası bəhmən ayında
Əli ədalətinə, qəlbi teşnə xəlq ilə bahəm
Yetişdi seyyidin ərşə sənasi bəhmən ayında
Qan iylə yazıldı səfheyi tarixdə bu söz ki,
Quruldu dövləte islam əsasi bəhmən ayında