Naz eyləmə nazuva qurban olum, ey del,
Xale roxe ğəmmazuva qurban olum, ey del!
Sehr eylə bir yol mah camalunla bu zarı,
Baxdıqca gözəl yarıma heyran olum, ey del.
Şəhla gözüvün navəkini qəlbimə vur get,
Ox parçalasın sinəmi şan-şan olum, ey del.
Ceyran kimi aç gözlərüvü bax məne zarə,
Qoy mən də, bir yol, naziri ceyran olum, ey del.
Gəl başımın üstə elə ibrazi məhəbbət,
Əl qoy bu yanan qəlbimə dərman olum, ey del.
Gərdi-qədəmin mənzili-viranıma dəysin,
Çatdır başımı ərşə xuraman olum, ey del.
Ömrümdə bir yol, busə vurum xali ləbindən,
Lütf eylə mənə əhle dəbestan olum, ey del.
Qoyma məni həsrətdə qalım eşq otağında,
Olma bu qədər razi pərişan olum, ey del.