Gözlərim məxmur olub mənada xəmmar axtarır?
Xabi-qəflətdən doyub canani bidar axtarır.
Aşiyanə məhbəsindən çıxmışam pərvaz edəm,
Morği-nalano pərişan pərtovi-yar axtarır.
Bağlayır ehrami tazə hacılar Miqatidə,
Sahibi-Miqati-eşqi bu deli-zar axtarır.
Kəlmeyi-canpərvəri-Ləbbeyk uruc eylir göyə,
Soti-ləbbeykə və sədeyki” deləfkar axtarır.
Cəhd edir hüccac sürətlə çıxa ehramidən,
Arifi-nalan vəli Miqati-səyyar axtarır.
Vəsləti-mahi-cəmali-delbəri eylür tələb,
Aşiqanə şout edir didarə əbrar axtarır.
Hacılar tutmuş kənari Kəbədə astaridən,
Bu, vəli öz eşqinə rövnəqli bazar axtarır.
Səy edir hüccac Məs-adə kəmali-şur ilə,
Əhli-məna aləmi-heyrətdə əsrar axtarır.
Səy edənlər Mərvədə tiğ axtarır təqsir edə,
Əhli-del rəsmi-numayi-eşqə pərkar axtarır.
Eyliyir Məş-ərdə hüccac izdihamilə vuquf,
Çeşmi-binayi-həqiqət orda züvvar axtarır.
Kəlmeyi-zəhmətdə bir nöktə hicabi-eşqidur,
Aşiqi-kuyi-təriqət eşqə meyar axtarır.
İstəyir ərbabi-irfan eşqini isbat edə,
Pozmağa ol nöktəni mənada minqar axtarır.
Pərdeyi-meşkini-Kəbə qorbi-həqq əbzaridür,
Kama çatmaqçün bu aşiq ayrı əbzar axtarır.
Kəbəvo Zəmzəm, Minavo Məşəro kuhi-Həra,
Ətri-əladur və lakin munis, əttar axtarır.
Kuyi-İbrahimo Hacərdə edəndə “Hərvələh”,
Bu deli-əfzordə, İbrahimi rəftar axtarır.
Ğare Məkkə şeybe bu-Taleb deyil na-aşina,
Gözlərim bu çöldə əmma, Yasir Əmmar axtarır.
Qolleye erfano rəhmətdə gəzir züvvari-eşq,
Eşqi təhkim etməyə orado əzkar axtarır.
Ol həqiqi eşqbazo aşiqi-şuridə sər,
Qəlbe suzanilə orda çehreyi-yar axtarır.
Çeşmi-por-abilə bir gün ol şəhi-valaməqam,
Gördülər beytun-nəbidə qanlı divar axtarır.
Dərgəhi-mövla yanıb, sındi hərime Mostəfa,
Nogüli baği-resalət yerdə ənsar axtarır.
Doxte Peyğəmbər düşüb çun ayeyi-Quran yerə,
Başə salmaqçün əba morği-giriftar axtarır.
Zinəti-ağuşi-Zəhra, Seyyidi-bətha Hüseyn,
Yarələnmiş sineyi-madərdə mismar axtarır.
Məclisi-matəmdə Zeynəb zülfünü tökmüş yüzə,
Daği-suzani-xanım Zəhrayə, qəmxar axtarır.
Didə giryan, kolbeyi-Zəhradə əyləşmiş Əli,
Əlləri qoynunda bir istəkli bimar axtarır.
Çeşmi ümmidilə Seyyid yaz anan Zəhra qəmin,
Gözlərin məhşər günü qiymətli asar axtarır.