Qeyrət dağının ləfzinə mənadı Əbəlfəzl
Heybətdə qiyamət kimi üzmadı Əbəlfəzl
Sel misli hücum eylədin ə’dadə bilirdi
Seldən eləməz vahimə dəryadı Əbəlfəzl
Hərgiz ona təsir eləməz cilveyi aləm
Çünki özü bir aləme əladı Əbəlfəzl
Hikmət qədəhin istəsən Əbbasə dəxil ol
Siyrab eliyıər canuvi səqqadı Əbəlfəzl
Həm torpağa qolsuz yıxılan mahe münəvvər
Həm göyləri seyr eyliyən ənqadı Əbəlfəzl
Dünya nə qədər var, diridir mntiqi Əbbas
Başdan başa çün cövhəre quyadı Əbəlfəzl
Seyyid, əgər aləmdə gözəllik tələb etsən
Yad eylə Əbəlfəzli ki, zibadı Əbəlfəzl