Cövhəri-qeyrət tələb etsən əgər, Əbbasə bax,
İstəsən ruhi-şücaətdən xəbər, Əbbasə bax.
Şəmsi görmək istəsən movla Hüseynə qıl nəzər,
Keçsə zehnindən əgər taysız qəmər, Əbbasə bax.
Bir qolun İslam edib tərif, iman bir qolun,
İstəsən İslamo-imandan xəbər, Əbbasə bax.
Hər zaman keçsə xəyalından nəhayətsiz vəfa,
Məktəbi-mövla Hüseynə sal nəzər, Əbbasə bax.
Bilməyirsən gər bəşər üstün yaranmış, ya mələk,
Səndə birlikdə mələknən ey bəşər, Əbbasə bax.
Bilmirəm nə halə qalmışdı o qeyrət qaməti,
Bir-birə əhli-səma söylərdilər, Əbbasə bax.
Seyyida, gər sən də talibsən əzadar olmağa,
Meydana qolsuz yıxılmış bahünər, Əbbasə bax.