Əli şəmsi-şərəf, şiri-Xodadır,
Əli bəhri-kərəm, miri-Hüdadır.
Əli simayi-həqq, ruhi-vilayət,
Səxavət mədəni, eyni-səxadır.
Nizami-xilqətdə mənayi-bəyyin,
Əli nuri-zəmin, nuri-səmadır.
Məqami-silmidə təslimi-mütləq,
O Mövla fatehi-“Qalu:Bəla”dır.
Həqiqət məzhəri, əbdi-həqiqi,
Təriqul-həddə arifdir, fənadır.
Əli məşuqi-Rəbb, movludi-Kəbə,
Kəmali-lütfüdür, məhzi-ətadır
Əli faruq, miyani-həqqo batil
Fəna fillahidür, həqqə fədadır.
Verən sovte duası ərşə ziynət,
Səfayi-səcdəsi eyni-sənadır.
Adı məzlumi-tarixo zəmanə,
Özü şərhi-hədisi-“Mən bəka”dır.
Əli şərti qəbuli zöhdo iman,
Vücudi, məfxəri-“Ali-əba”dır.
Əli məhzi-reza, dəryayi-rəhmət,
Sədaqət məxzəni kani-vəfadır.
Əbul-əytamo yari-müstəməndan,
İmamül-müttəqi müşgül-güşadır.
Yapış “Seyyid” Əlinin damənindən,
Vilayət daməni rəmzi-bəqadır.