Ey del əxz et mərifət sahib nəzər Abbasidən
Mənəviyyət dərsin al məna təbar Abbasidən
Keçdi candan keçmədi mövlanın əmrindən bəli
Həşr olunca qaldı qeyrət yadəri Abbasidən
Ləbləri yandı atəşdən çəkmədi minnət sudan
Oldu ta məhşər, axar su şərmar Abbasidən
Etdi həm imanidən Abbas kəsbe etibar
Həmdə iman etdi əxz etibar Abbasidən
Bişumar oxlar, qılıclar öpdü dərya sinəsin
Ərşə qovzandi sənaye bişumar Abbasidən
Doreye mövlaşünasi qurtarardı bir zaman
Oldu bu ali həqiqət(1)payidar Abbasidən
Tabeiyyət mürşidə, həblo əsasi eşqidir
Bu sözün icrası Seyyiddən, əyar Abbasidən