O ki fələkləri heyran edib, məqami-Hüseyndir,
O ki mələklərə naz eyləyər, qulami-Hüseyndir.
O ki, edibdi fələkdən uca, mələkdən baş,
Hüseynin izzəto-iclalini, mərami-Hüseyndir.
Ədalət Ədavət əhli qiyamət günün necə edər inkar,
O ki qiyaməti isbat edib, qiyami-Hüseyndir.
O əs-səlam ki, Xudavəndi-həyyi-ləm yəzəli,
Ona ələykə bəyan etdi, əs-səlami Hüseyndir.
O asimandan uca xeymələr ki, kiinə odunda,
Yanıb səpildi külü çöllərə, xiyami-Hüseyndir.
O kəs ki ayeyi-Quranı kəlmə-kəlmə cidadə
Kəsik başıyla tilavət edib, İmami-Hüseyndir.
Fələk nə özbaşına xəm edibdi qəddini Seyyid,
Bükən fələk belini şə’no-ehtirami-Hüseyndir.