Gəl ey əsrin imamı intizarun cani aləmdi
Səni yad eyləmək bağo beheşte ruhe adəmdi
Kimə etsən nəzər bir yol iki dünyaya naz eylər
O bir ziyba baxışdan hər iki dünya yəqin kəmdi
İlahi sirrilər, cuşə gəlir adun gəln yerdə
Sənə qurban məgər ismi şərifün ismi əzəmdi?
Vəliyyi əsrisən, sənsiz həyat mənəvi olmaz
Budur illət , vilayət, cohəri candan müqəddəmdi
Sənin zikrindən ayrılmaz o dil ki, nitqi rəhmətdi
Sənin eşqindən ayrılmaz o kə ski, dini möhkəmdi
Sənin lütfünlə ey mövla bütün dünya olar cənnət
Sənin gər olmasa lütfün bütün dünya cəhənnəmdi
Cəmalun görsə birdən naz edər Seyyid səmavatə
Səmavatə səfa bəxş eylədün dövlət o bir dəmdi