Xalis ürəyə cilvə salan yaridi Məhdi
Zikr əhlinin dildare vəfadaridi məhdi
Quran hədəfin hifz eliyən Höccəte Rəhman
Ürfan hədəfin syr edən ənvaridi Məhdi
Batildən əgər qəlbidə bir nifrətün ola
Peyrovsan ona vaqife əsraridi Məhdi
Ey Məhdiyə talib olan hürriyyətün olsun
Həm yavəro həm hadiye əhraridi Məhdi
Cismani həyat əhlinin meyari ürəkdi
Ruhani həyat əhlinin meyaridi Məhdi
Eşqün var əgər Məhdiyə yad eylə Hüseyni
Daim o susuz cəddinin zəvvaridi Məhdi
Bir dəm çıx özündən qırağa eşqilə Seyyid
Çat məhzərinin talibe didaridi Məhdi