Ta namazında dedi “rəbbiyəl-ə’la” Zəhra,
Hikməto-mərifəti eylədi ehya Zəhra.
Hər zaman etdi munacatilə məşğul ürəyin,
Göylər açdı qapısın etdi tamaşa Zəhra.
Kimə Allah Özü Kövsər ləqəbin etmiş əta,
Hansı xatun bu məqama çatıb, illa Zəhra.
Sorsa dağdan biri gər kimdi vuqarın şərəfi,
Dil açıb dağ deyər əlbəttə ki, Zəhra Zəhra.
Odlanan çağda onun həm qapısı həm ürəyi,
Gəldi səs, səbrüva qurban iki dünya, Zəhra.
İstəsən gər diyə yetmiş mələk əhsən səsüvə,
Qəlbidən sidqilə bir dəfə denən, Ya Zəhra.
Mürtəzanın başını ərşə ucaldıb əməli,
Fəxri-peyğəmbər olub Ummi-əbiha Zəhra.
Sorsalar kimdi verən peykəri-islamə nəfəs,
Səslənib göydə deyər Həzrəti İsa, Zəhra.
Etsə insafilə hər şəxs qəzavət görəcək,
Eləyib isməti, dünya boyu məna, Zəhra.
Qılsa lütfilə nəzər bu neçə əbyatə əgər,
Seyyidin ruhun edər ruhi-məsiha, Zəhra.
Bir cavab yazın