Ya Fatimə ətşan ürəyim adıva qurban,
Yüz silsilə can, cənnəti-miladıva qurban.
Peyğəmbərilən Həzrəti mövlanın hüzuri,
Həsr oldu sənə dərk elədin məktəbi-nuri,
Söylər sənə göylərdə mələk, ədnidə huri,
Zəhra, iki aləm, iki ustaduva qurban.
Yüz silsilə can, cənnəti-miladuva qurban.
Sübhan yetiribdur səni bir ayrı məqama,
Sığmaz bu məqamın sözü şeirilə kəlama.
Bəsdir bu şərafət anasan on bir imama,
Minlər ürək, on bir gözəl övladuva qurban.
Yüz silsilə can, cənnəti-miladuva qurban.
Dünyaya ki, qoydun qədəm ey mə’niyi-rəhmət,
Göydə adını yazdı günəş, etdi ziyarət.
Güllər sənə mürşid dedi, bağlar sənə cənnət,
Ey lütfo-səfa mürşidi, irşaduva qurban.
Yüz silsilə can, cənnəti-miladuva qurban.
Mövludun edib ədlo-imamət evin abad,
Miladuva qurban olum, olmaz belə milad.
Hər kim səni yad eyləsə, Allahı edib yad,
Allaha ibadət sayılan yaduva qurban.
Yüz silsilə can, cənnəti-miladuva qurban.
Kimdir belə şayesteye lolak ola sən tək,
Çoxda ucadır, yox yeri, əflak ola sən tək.
Gül məşq eliyir aduvu ta pak ola sən tək,
Gül ruhunu şadab edən imdaduva qurban.
Yüz silsilə can, cənnəti-miladuva qurban.
Dünyanı sənə etdilə zindan, bu əyandı,
Neylər vəli zindan ona ki, gövhəri-candı.
Ol gövhəri-azad fələklərdə rəvandı,
Göylərdə gəzən gövhəri-azaduva qurban.
Yüz silsilə can, cənnəti-miladuva qurban.
Ey fəxr eləyən ismətinə əhli-səmavat,
Ey səcdəsinə mədh deyən ruhi-munacat,
Ey adını əzbər eləyən əşrəfi-sadat,
Hər söz başı Seyyid də deyər aduva qurban.
Yüz silsilə can, cənnəti-miladuva qurban.