Hüseyni qəsdinə nail edib himayəti-Zeynəb,
Mərami-düşməni batil edib şücaəti-Zeynəb.
Əli rəşadətini eylədi Əli qızı təfsir,
Yetirdi Zeynəbi bu mənsəbə diyanəti-Zeynəb.
Sənano, Şimro, Ömər Sədə sabit oldu bu söz ki,
Qılınco qətl ola bilməz hərife himməti-Zeynəb.
Edərdi Rəbbini zikrilə yad qolları bağlı,
Salardı Küfə yolun lərzəyə tilavəti-Zeynəb.
Gecə namazını tərk etmədi xərabədə hətta,
Fələklər əhlini mat eylədi ibadəti-Zeynəb.
Kəmali-mərifətiylə deyəndə nohə Hüseynə,
Gətirdi naləyə ərş əhlini müsibəti-Zeynəb.
Bir ömrüdür ki qurub möhnəto-məlalilə xeymə,
Bu Seyyidin ürəyində məlalo möhnəti-Zeynəb.