Deyəndə “nə’budu” can bəxş edib ibadətə Zəhra,
Edəndə səcdə səfa verdi mənəviyyətə Zəhra.
Qılanda sübh namazın, səhər nəsimi dirildi,
Dua edəndə təkan verdi ərşi-hikmətə Zəhra.
Əgərçi nazik idi qəlbi, güllərin vərəqindən,
Təhəmmül eylədi dağdan ağır, müsibətə Zəhra.
Olar ki, Fatiməni incidiblər, neyləyəcəklər?
Peyğəmbərilə qoyanda qədəm, qiyamətə Zəhra.
Səmayə kim səfər etsə görər deyillər mələklər,
Əli ədalətə mə’na yaratdı, ismətə Zəhra.
O qədri məktəbi-Zəhradə mərifət öyrən,
Ki, həşridə səni layiq görə, şəfaətə Zəhra.
Yazım nə elmilə Seyyid o həzrətin şərəfindən,
Bu bəsdi ki, analıq eyliyib imamətə Zəhra.