Məkkə şəhrində hacıyçün həyəcan lazımdı,
Hicrəti-vaqeiyi-ruhə təkan lazımdı.
Abidü, zahidü, sufi, hamısı bilməlidi,
Girməyə mərəkeyi-eşqə təvan lazımdı.
Mavü mən əhlinə mənayi-təvan mübhəmdir,
Onların cəhli dönə elmə, zaman lazındı.
O gözəl kəlməni təfsir edə üşşaq istər,
Cəhd edib rütbeyi üşşaqə çatan lazımdı.
Əhli-irfano ədəb cümləsi söylərlə bunu,
Çatmağa mərtəbeyi-eşqə aman lazımdı.
Bələdül-əmnidi bu şəhrin adı Quranda,
Vəli ondan da sora hüsnü güman lazımdı.
Kim ki, eşq əhli olar sidq ilə ehram bağlar,
Kəbeyi-eşqi təvaf etməyə can lazımdı.
Doğrudur Kəbəni öpmək bəşərə ruh verir,
Vəli ondan da gözəl orda yatan lazımdı.
Hicri-İsmaili şovt eyləməyən hüccaın,
Həcci batildi ona əxzi-ziyan lazındı.
“Əntə hil” ayəsi Quranida Allah sözüdür,
Yəni bu Beytə şərafət verə şan lazımdı.
Sahibi-şənü şərəf pənc təni-“Ali-əba”,
Feyzi-əzəmdi olar, feyz aparan lazımdı.
Vajeyi-qodsi-imamət sayılır şərti-qəbul,
Hökmi-tövhidə “Bəli”, ruho rəvan lazımdı.
Kərbəlasız nə Səfa, Mərva, nə Zəmzəm, nə Mina,
Kəbəni Kəbə edə Miri-cinan lazımdı.
Kəbəni hifz eyləyən Kərbubəladır “Seyyid”,
Çün dəvam etməyə Beytullahı qan lazımdı.