Şənbə 14 Dekabr 2019

Şənbə 14 Dekabr 2019

İmam Hüseyn(Ə) və Kərbəlanın  fəzİlətİ

2019 Monday 24 June 103 Baxiş Çap

Eşq piçidə müəmmadı, del asan eliyir,

Bir həyula kimi əğyarı hərasan eliyir,

Eşq bir lütfi-xəfidir ki, həqi-ləm-yəzəli,

Niyyəti pak olan insanlara ehsan eliyir.

Bir gözəl vajədi, hər yerdə onun söhbəti var,

Hər məhafildə onun söhbətinin ləzzəti var,

Talibi çoxdu, vəli mənfisi var, müsbəti var,

Həqqə aşiq olanın izzəti var, cənnəti var,

                      Eşqi-həqq, zənciləri çün məhi-taban eliyir.

Eşqi-həqqə nə gözəl ərşidə sima yaranıb,

Aşiqin ruhu təmiz, tinəti ziba yaranıb,

Qəlbi nurani onun, himməti əla yaranıb,

Ruhi-ixlasinə bir qaməti-rəna yaranıb,

                      Eşq bir fəzlidi, öz əhlini ətşan eliyir.

Çöhrəsi şado xuraman ürəyi pəjmürdə,

Daimus-səmt vəli zikri-Xoda var dildə,

İsmi-əzəm yaradıbdır cərəyan fikrində,

Qüvvəti-qəlbilə möhkəm durub ol mənzildə,

                      Mələkut əhlini öz eşqinə heyran eliyir.

Fəzli heyhat ayırmaq ola fazillərdən,

Eşqi almaq necə mümkün olar aşiqlərdən,

Verdi eşqə belə qiymət biri şairlərdən,

Əhli-eşqə yuxu olmaz, soruş aqillərdən,

                                       Gözləri daim oyaq, qəlbi pərişan eliyir.

Eşq divanə edər aşiqi öz silkində,

Həkki-ünvan edər ərbabi-səfa mülkündə,

Məhəkül-felə çəkər mərhəleyi-ilkində,

Faniul-həqqə açar yol ürəfa səbkində

                        Onları felidə, goftaridə mizan eliyir.

O ki, mizani-müqəddəsdi təmam üşşaqə,

Özü izzət, sözü höccətdi benam üşşaqə,

Mərqədi Kəbədi Mərziyyə məqam üşşaqə,

Nami-namisi Hüseyn eşqo məram üşşaqə,

                           Zeştru bərdələri sahibi ünvan eliyir.

İsmi-əzəmlə bərabər adının qiyməti var,

Cənnəti-Ədnidən artıq sözünün ləzzəti var,

Eşqinin Loheyi-təkvində əcəb soləti var,

Mədfəni Kərbo-bəla məqtəlinin şöhrəti var,

                          Türbətin töksələr hər qəbrə gülüstan eliyir.

Sevvomin rükni-vilayətdi Hüseynibni Əli,

Səlsəbilin ağası xilqətə mənayi-cəli,

Məntiqi həqqi-mubindir, əli Allah əli,

Gələ bir də bu şəhin xilqətə haşa bədəli,

                          Surətut-tin onun şənini elan eliyir.

Sahibi-məcmə edib bu xəbəri şərho-bəyan,

Düşdü qardaşlarının çənginə ol mah Kənan,

Atdılar quyuya o gül mənzəri oldu nigaran,

Üz tutub dərqəhi-həqqə elədi zaro fəğan,

                          Dedi səndən sora kim dərdimə dərman eliyir.

Göndərib Cəbraili Yusifə imdad eləsin,

Rəhqoşa olsun, onu bəndidən azad eləsin,

İbni Yəqubun özüynən atasın şad eləsin,

Şərəfi-pənc tənin haqqını ifad eləsin,

                           “Fətələqqa”dı bu gün Yusifi mehman eliyir.

Mədəni-eşqo kərəm mə’niye xilqətdi Hüseyn,

Xamisi-ali əba xilqətə illətdi Hüseyn,

Ürəfa qibləsidir aşiqə cənnətdi Hüseyn,

Muntəhayi-şərəfo izzəto ləzzətdi Hüseyn,

                            Cənnətin əhlini öz fəzlinə heyran eliyir.

Loheyi-ərşə o ziba adı zinət yaradıb,

Ərşo fərş əhlinə Allah onu izzət yaradıb,

Həyyi-sübhan o şəhi, məzhəri-qüdrət yaradıb,

Mənbəyi-elmo ədəb, sahibi-dövlət yaradıb,

                            Qibtə bu dövlətə əlbəttə Süleyman eliyir,

Mərkəzi-tərbiyəti, daməni-peyğəmbərdir,

Silmi-ağuşi o soltanə səfa pərvərdir,

Saheyi-qodsinə ərvahi-bərin çakərdir,

Ənbiya yavəri Cibrili-Əmin yavərdir,

                            Fəxr, xaki-qədəmin öpməyə şahan eliyir.

Məhbəti-vəhy, peyğəmbər evi mədrəsədi ona,

Bənd-bəndi kutubi-xilqət özü dəsdi ona,

Nəqşi-porqüdrəti-insan böyük ətləsdi ona,

Rütbeyi-fəzlo şərəfdə bu qədər bəsdi ona

                          Adəmi-bulbəşəri talibi-ehsan eliyir.

Kərbəla məbhəsi aşiqləri məcnun eliyir,

Ənbiyayi-sələfi, lütfünə mədyun eliyir,

Ruhi-rəhmətlə əzadarını məmnun eliyir,

Bu əsər Ənvəri də ədnidə məhzun eliyir,

                      Baği-cənnətdə nəva hurivo qılman eliyir.

Bul-bəşər seyr eliyən vəqtidə əqtari-cəhan,

Kəşf olubdur ona bu dəştidə əsrari-nihan,

Boğz alıbdır boğazın gözləri doldu yaşılan,

Saralıb rəng, ürək titrədi oldu nigəran,

                         Ayağından tökülən qan yeri al-qan eliyir.

Qəm əhatə elədi, çəkdi dərindən bir ah,

Üz tutub dərgəhi-həqqə dedi ey Zati-ilah,

Yenə saldı belə bir bəndə məni hansı günah?

Ya  salıb məxməseyi-digərə İblisi-siyah,

                          Olmasa mərhəmətin hiylə bu şeytan eliyir.

İstiğasə eliyib gəldi ona vəhyo-nida,

Bu yerin adına Adəm, deyilir Kərbu-bəla,

O Hüseyn ki, çağırırdın adın henqami-bəla,

Burda əllərdə ölər zülmilə ol kani-vəfa,

                          Odu qanın da sənin, coşu-xuruşan eliyir.

Ənbiyanın çoxunun orda olubdur güzəri,

Cəlb olub qətligəhi-Kərbubəlaya nəzəri,

Hər peyəmbər ki, o məvayə düşübdü səfəri,

Ruho-cismində onun zahir olubdur əsəri,

                          Turi-Sinadə nəva, Musiye İmran eliyir.

Şəxse İbrahim, o peyğəmbəri-zul-izzo nəsəb,

Seyr edərdi koreyi ərzidə ol zii-mənsəb,

Çatdı bir vadiyə doldu ürəyi ya-ləl-əcəb,

Qəm alıb qəlbini tutdu boğazın boğzo qəzəb,

                        Şiddəti-hüzn o mövlanı pərişan eliyir.

Mərkəbin qıçları toqquşdu, keçib bir-birinə,

Yıxdı İbrahimi at Kərbubəlanın yerinə,

Baş sınıb, qan tökülüb qanlı məzarın yerinə,

İnkisarilə tutub üz, dilinin əzbərinə,

                        Nə səbəbdən yeri rəngin, dedi bu qan eliyir.

İzn sadir elədi vaqifi-əsraro nihan,

Ağlıyan halda gəlib nitqə dedi ol heyvan,

Sən də bu çöldə gərək qanuva əlvan olasan,

Bu həman yerdi düşər Şahi-şəhidan atdan,

                      Kərbəladır səni də qanıva qəltan eliyir.

Əsri-Aşura tapıb mərkəbi üstündə qərar,

Höccət itmam eliyir höccəti-ba izzo-vüqar,

Daş dəyib alnına şiddətlə üzə qanı axar,

Süzülür qanı gözündən üzə ol mahi-nigar,

                      Loni-sarullah o ziba gülü əlvan eliyir.

Yaşıl əmmamə başından açılıb beldə kəmər,

Sökülübdür zireh əynində edib oxlar əsər,

Qılıncı yoxdu əlindən yerə düşmüşdü sipər,

Gah baxır xeymələrə, gah göyə eylərdi nəzər,

                       Zəmzəmə yarın adın dildə o soltan eliyir.

Qalxızıbdır kəfənin damənini zillullah,

İstədi gözlərini silsin Əba Əbdillah,

Hərəmullahı ziyarət elədi ox nagah,

Dedi “La hövlə vəla quvvətə illa billah”,

                        Yarəli qəlbi bidə yarə o peykan eliyir.

Üçpər ox dəydi edib qəlbi-vilayətdə əsər,

Qəlbinə əllərini qoydu o ziba mənzər,

Çün müşəbbək bədənə eylədi ehsasi-xətər,

Qəbri-şeş güşəsinə saldı təbəssümlə nəzər,

                       Əcələ düşməyə qodalə o mərcan eliyir.

Atın üstən yerə düşdü elə ki Miri-cinan,

Gözlərin yumdu Hüseyn çıxdı bədən mizannan,

Əldə nizə başı üstə yetişib İbni Sənan,

Əsğərin zəxmini təkrar edib ol nizə vuran,

                       Nalə bu hadisədən, Xətmi-rəsulan eliyir.

O mübarək boğazın qanı dolub qodalə,

Öz qanıyla boyadı gül bədənin çün lalə,

Zati-həqqə eləyib səcdə çatıb amalə,

Mələkut əhlini məbhut eləyib ol halə,

                       Anası Fatimə də naləvo əfğan eliyir.

Höccətullahdı Hüseyn xilqətə salmış sayə,

Şiənin məfxəridir əldə böyük sərmayə,

Aləmi-kounidə yoxdur o şəhə həmpayə,

Seyyida, qoy üzüvü sən də dəri-mövlaya,

                        Həyyi-Sübhan ona xatir sənə ğüfran eliyir.

Şərhlər

Bu yazı üçün şərh bağlandı.
.Birinci nəfər olun ki şərh yazisiz

adver2

Dini münasibətlər

28 December Beşinci ay [1 Cəmadiyələvvəl]
25 December Həzrət Isa məsih (ə) ın mövludu [27 Rəbiülaxır]
5 December Imam Həsən Әskəri (ə) ın mövludu [7 Rəbiülaxır]

Namaz vəxti

Sübh azanı 06:28
Gün çıxır 07:55
Zöhr azanı 12:35
Gün batır 17:15
Məğrib azanı 17:31
Gecə yarısı 23:11

Höccətülislam vəlmüslimin Seyid Əliəkbər Ocaqnejad
Rəsmi internet saytı 
© 2016 Müəllif hüquqları qorunur
Materialdan istifadə edərkən
WWW.OCAQNEJAD.NET 
saytına istinad zəruridir
Designed by