Qoyanda səcdədə alnın yerə İmami Rza,
Saçardı nur bütün göylərə İmami Rza.
Əgərçi əl-ayağından öpərdi gövhəro-qəsr,
Nə qəsrə baxdı, nə də gövhərə İmami Rza.
Nə din qalardı, nə Quran, nə məzhəbo nə şərəf,
Verəydi fürsət əgər kafirə İmami Rza.
Açıldı süfrəsi İranda daimən, gərçi,
Özü qonağidi bu keşvərə İmami Rza.
Yetirdi bir yerə dini ki, oldu mayeyi-fəxr,
İmami Kazimilən Cəfərə İmami Rza.
Kimin vilayətə var eşqi iftixar edəcək,
Gələndə Əhmədilən məhşərə İmami Rza.
Yəqin ki, töhfə adıyla əlində can aparar,
Çağırsa Seyyidi gər məhzərə İmami Rza.