Məramo məktəbə verdi nizam İmam Xomeyni,
Bütün ürəklərə oldu imam, İmam Xomeyni.
Qaranlıq, soyuq gecələrdə, itib batardı ədalət,
Gər etməsəydi günəş tək qiyam, İmam Xomeyni.
Məcazi aləmin atdı, unutdu cahu-cəlalın,
Həqiqi mərtəbədən aldı kam, İmam Xomeyni.
Dəyanət ömrünə, Quran sifariş etdiyi hökmə,
Qiyamətə kimi verdi davam, İmam Xomeyni.
Həqiqətin ürəyində coşar o rəhbərin eşqi,
Şücaətin canı söylər, salam İmam Xomeyni.
Ürək gözüylə baxanda ilahi-ərşə görərsən,
Qazanmış orda dərin ehtiram, İmam Xomeyni.
Səniylə ümməti-aşiq deyər bu misrəi Seyyid,
Bütün ürəklərə oldu imam, İmam Xomeyni.