Görüb zülməti bihesab inqilab
Camalından açıb niqab inqilab
Əzaba giriftar olan imanı
Təəssüf odunda yanan insanı
Yanan insanı çırpınan vicdanı
Xilas etməyə açdı bab inqilabı
Ədalət düşəndə dərin möhnətə
Dəyəndə ağır sədmə hürriyyətə
Vətən qərq olan vəqtində zülmətə
Tülu’ etdi çun afitab inqilab
Cəhalət düşüb qurduğu daminə
Meyi həqq dolub mərifət caminə
Ətəş qəlblər çatdılar kaminə
Səvab etdi əlhəqq səvab inqilab
Gözəl hökmün icra edib Quranın
Derəxşən edib çöhrəsin imanın
Kərimo əmino şərif insanın
Ucaltdı başın inqilab, inqilabın