Gör nə ya Rəbb bu gözəl, can almada çalakidür,
Ki, onun eşqində sərgəştə bütün əflakidür.
Bir tərəfdə məste əbrusi olub lahutiyan,
Bir tərəfdə qodsiyan cümlə geriban çakidür.
Lə’l rüxsarində olmuş pir məsto rend məst,
Saqio sağər təmamən məst, məst hətta takidür.
Baş qoyubdur asitane mehrinə Ruhol-əmin,
Tace ərşilər, onun bəthasinin xaşakidür.
Gər mədari-həqqidə parlaq günəşdir ənbiya,
Hər biri bir cilveyi nabe o nuri-pakidür.
Xane ehsani, gedası hər vəliyyo hər vəsi,
Tutiyaye didələr, əqdaminin zər xakidür.
Daməni-Əhməddə, Seyyid də məqam etmiş müdam,
Çünki aləm qərqe eşqe sərvəre lolakidür.