Gərçe fikrə sığmayan bəhre bəladır Kərbəla
Rovzeye əbraro bağe övliyadır Kərbəla
Kərbəla yəni dəyanət ərşi, iman aləmi
Kərbəla yəni hidayət mülki Quran aləmi
Kərbəlayə həsr olub eşq ilə irfan aləmi
Ruho cano cənnəte əhle səfadır Kərbəla
Kərbəla Üşşaqinə cinno mələk heyran qalıb
Kərbəla şahidləri ərşe xudayə səs salıb
Hər qədər vardır düz aşiq Kərbəladan dərs alıb
Məktəbe hürriyyəto eşqo vəfadır Kərbəla
Kərbəlada mənəvi əllamələr meydan tapıb
Oda islamın vücudi cane cavidan tapıb
Ol müqəddəs yerdə öz məfhumini insan tapıb
Qəlbə bəxş eylər bəsirət tutiyadır Kərbəla
Kərbəla yəni şərəf dəryası qeyrət qibləsi
Kərbəla yəni hədəf mənası himmət qibləsi
Kərbəla yəni ürək dünyası izzət qibləsi
Ruhe Rəhmaniyyəto cane bəqadır Kərbəla
İstəsən cilvə edə qəlbündə Rəhmano Rəhim
Düz yolu qıl intixab ol layiqe nuro nəim
İhdinasız olmaz əlbəttə siratul mustəqim
İhdinaya vəsl olunmuş rəhnümadır Kərbəla
Kəebəla tarixinə qan mənəvi ünvan olub
Mənəvi ünvanı təfsir eyliyən Quran olub
Qurana, dinə şərafət ol müqəddəs qan olub
Ol müqəddəs qanə xazin Kərbəladır Kərbəla
Kərbəla səhnində gəlmiş cuşə dəryanın qanı
Orda torpağə tökülmüş ruhe mənanın qanı
Eyləyib cənnət həman torpağı Mövlanın qanı
Ol səbəbdən Seyyida xake şəfadır Kərbəla