Bir xəbərdir bürünüb hikmətə, Şəban yarısı,
Canları dəvət edir söhbətə, Şəban yarısı.
Nurdur, zülməti məhv etməyə bir gün şaxacaq,
Hələlik vermiş aman zülmətə Şəban yarısı.
İntizar etdi yarımcan səni gər qüssə yemə,
Tazə can bəxş eləyir ümmətə Şəban yarısı.
Can verib, ruh verib, ömr verib həşrə kimi,
Məktəbə, məzhəbə, hürriyyətə Şəban yarısı.
Dəmbədəm əsrin imamı eləyir cilvə, bəli
Qoymaz İslam düşə qürbətə Şəban yarısı.
Taro-mar eyliyəcək batili qeyrət qoşunu,
Verməyib izn hələ, qeyrətə Şəban yarısı.
Naümid olma, vurar bir güni vəhdət ələmin,
Çatdırar Seyyidi də məqsədə, Şəban yarısı.