Bar ilaha mən məqame kibriyadən qorxuram
Həm ricai vasiqim var, həm bəladan qorxuram
Nəfse sərkeş əjdəhadur əndəruni sinədə
Əndəruni sinədə mən əjdəhadan qorxuram
Bəd siyər iblisi çun, nəfso həva əzaridir
Rənumud əqlidür,nəfso həvadən qorxuram
Birtərəfdən də müsəmməm dşməni xənnasidən
Ya qəsəm xorde əduvve, bihəyadən qorxuram
Nəssidur,tulul əməl ruhun cilasın məhv edər
Mən odur ki, ruhi binuro cəladən qorxuram
Hətmi qanune təbiətdir mükafate əməl
Bu səbəbdəndir ki, çube bidedadən qorxuram
Saldı şeytan təfriqə, pozdu fəzayi vəhdəti
Müsliminə mən odur, tutqun fəzadən qorxuram
Elm, cəhl ilə müsəmməm düşməne dirinədir
Cəhlidən hazırlanan rəngin qəbadən qorxuram
Məniye “tilkəl hudud” hədde hədde qəraizdür yəqin
Hifze təqvayə görə ferto firadən qorxuram
Qətrehaye əşke şəb, fəxro ziyai həşridür
Məno lakin səhni məhşərdə bükadən qorxuram
Mürtəza can nəqdinə kəsb etdi rəye Xaliqi
Mən vəli bimənfəət bey o şiradən qorxuram
Xoşdi qoyam nəfsimi, mən mərəze tnqididə
Bu mübarək əmridə bati sənadən qorxuram
Aşiqəm birdəm zühure yarə nail olnmağa
Heyf ola bəzən də omre bivəfadən qorxuram
Mətne muttəqində riya, şirke xəfi tosif olub
Bi qərarəm Seyyida şirko riyadən qorxuram
Ol ədibe eşqibazə söylədim qorxma vəli
Mən özüm çiynimdəki bare ridadən qorxuram
Düzdü insanda xəta bir əmre naməqul deyil
Leyk rah həqqində səhvo xətadan qorxuram