Şəban ayında hikməte biintəhayə bax
Ehsanə bax, kəramətə bax, kibriyayə bax
Göydən yerə bu ayda eniblər ziyarətə
Yerdən göyə bu ayda ucalmış zuyayə bax
Şəban adıyla zahir olan möcüzatı gör
Mövlud adıyla cilvə edən övliyayə bax
Sorma nədən min ildi bu ay qurbo qədərdə
Aç can gözün, üçüncü imame hüdayə bax
Birdə ibadət ilə qoşul əhle hikmətə
Dördüncü pişivadə sənao səfayə bax
Ta vasit ilə istəyəsən həqdən mədəd
Babul həvaic adlı həbibe xudayə bax
Can bəxş edən vilayəte xəllaq aləmə
Yəni zəmani imami vəkile bəqayə bax
Aləm onunla varlığını etdirir dəvam
Seyyid onun adıyla ucalmış sənayə bax