Oldum o gözəl dilbərin ətri ilə səhər, mat
Gördüm alıb ətrafinı ərbabi-nəzər, mat.
Qəlbimdən açıldı qapı gördüm yeni aləm,
Etdim o gözəl aləmi-mənayə səfər, mat.
Heyran olub əhvalimə göylər dedi təbrik,
Ardımca mənim düşdü, günəş mato qəmər, mat.
Həm qayib olan dilbərimin şaxdi ziyasi,
Qəlbim kimi həm oldu, qəza mato qədər, mat.
Səs gəldi bilin nimeyi-şəbandı bu bayram,
Nurə çevirər zülməti, dünyanı edər, mat.
Sünbül eləyib daşları, qumları edər gül,
Ol gəzməli gülzaridə Seyyid də gəzər, mat.