Doxte Nəbi həzrəte Zəhrayə bax
Ruhe Vəli isməte Kübrayə bax
İlləti xilqətdi xanım Fatimə
Xaliqə bax, illəte ülyayə bax
Səcdəsi məhbut eliyib aləmi
Səcdəyə bax, aləme əlayə bax
Ərşə gedir zikri rükudən ziya
Zikro rüku ləfzidi mənayə bax
Fatimə tək ism deyil sirridir
Kəşf eləyəndə onu İsayə bax
Çünki həmin sirrə edib etiraf
Ləhzeye ecazidə Musayə bax
Əvvəl eşit dildəki əzkarini
Sonra mübarək yədi beyzayə bax
Vəsfidi təqvayə bütün ayələr
Ayəyə yox, məzhəri təqvayə bax
İnso mələk mat olub isarinə
Səhnədə sevdagərə sevdayə bax
Şokəti məhşərdə təcəlla edər
Məhşərə bax şokəte üzmayə bax
Seyyidə gər qılsa nəzər Fatimə
Həşridə gəl izzəte valayə bax